Kibertəhlükəsizliyin təmin olunmasında önəmli addım
07.07.2022 [10:07]
Yeni Fərman özündə nələri ehtiva edir?
Nicat PAŞA
Dövlətin və millətin mövcudluğu üçün təhlükəsizlik və milli maraqlar önəmli məsələlərdən biridir. İnformasiyanın çox böyük sürətlə yayıldığı bir dövrdə ölkənin hər bir vətəndaşı informasiya təhlükəsizliyinə ciddi şəkildə riayət etməlidir. Ələlxüsus, insanların informasiyadan asılı olduğu hazırkı dövr informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını zəruri və qaçılmaz edir. Ölkəmizdə aidiyyəti qurumlar bu məsələ ilə bağlı öz təkliflərini hazırlayır, müxtəlif layihələr, konsepsiyalar təqdim edirlər. Sadalananların praktik təcrübədə nə qədər önəmli olduğunun isə 44 günlük Vətən müharibəsi dövründə bir daha əyani şahidi olduq.
Bununla yanaşı, informasiya təhlükəsizliyi yalnız iqtisadi, hərbi, siyasi məsələlərdə deyil, istifadəçilərin bu və ya digər səbəbdən müxtəlif kiberhücumlara məruz qalmaları, aldadılmaları aspketindən də olduqca əhəmiyyətlidir. Belə ki, təhlükəli bir silaha çevrilən informasiyadan zərərli məqsədlə istifadə olunduqda ciddi problemlərə yol aça bilər.
Xatırladaq ki, Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun 1998-ci il aprelin 3-də qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanı imzaladıqdan sonra ölkəmizdə milli informasiya təhlükəsizliyi üzrə mükəmməl strategiyanın yeni mərhələsi başladı.
Ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması prioritet istiqamətlər sırasındadır. Dövlətimizin başçısı hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır, öz tapşırıq və tövsiyələrini verir. İki gün öncə ölkə başçımızın imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və bu Qanunun tətbiqi barədə Fərmanı informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Azərbaycanda son dövrlərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, son illərdə baş verən problemlər göstərirdi ki, bizim kritik informasiya infrastrukturu adlandırdığımız sahədə ciddi problemlər var. Kritik informasiya infrastrukturu nədir? Minlərlə, on minlərlə vətəndaşa xidmət göstərən qurumlar var. Bu qurumların informasiya sistemində, kibermühitində nə isə bir problem olduqda böyük çaxnaşmalar olur, ciddi kəm-kəsirlər ortaya çıxır, vətəndaşlara xidmət göstərmək mümkün olmur və s. Kritik informasiya infrastrukturuna biz çoxsaylı vətəndaşlarla işləyən qurumları - “Azəriqaz”, “Azərenerji”, “Azərsu” digər dövlət qurumları və hətta özəl sektoru - daxil edirik. Qanunvericilikdə olan dəyişiklik də bu sahədə olan problemlərin qarşısının alınmasına, daha da yaxşı tənzimlənməsinə yönələn dəyişikliklərdir.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz səsləndirib. İKT mütəxəssisi bildirib ki, yeni qanunla kritik informasiya infrastrukturuna verilən tələblər müəyyən olunacaq: “Yəni bu infrastruktur hansıdır? Hansı qurumlar daxildir? Səlahiyyətli dövlət qurumları kimlərdir? Onlar hansı addımları ata biləcəklər? Məsələn, indiki halda səlahiyyətli dövlət qurumu gedib hansısa kritik dövlət qurumunda audit apara bilməz. Bu audit könüllüdür. Yəni gərək həmin qurumun özü orada kibermühitin necə olmasını audit etmək üçün səlahiyyətli qurumu dəvət etsin. Könüllü olmağı da problemlər yaradır. Amma qanunda bütün bunlar yəqin ki, sərtləşdiriləcək, məcburi olacaq, ildə 1-2 dəfə yoxlanışdan keçmək tələb olunacaq”.
“Hesab edirəm ki, qanunda olan dəyişikliklər, kibermühitin tənzimlənməsinə yönəlik məsələlər bu mühitin inkişafına böyük təsir edəcək. İndiki vaxtda buna ciddi ehtiyac var. Hesab edirəm ki, qanunun qəbulu Azərbaycanın kibermühitinin inkişafı üçün, kiberinfrastrukturun dayanıqlılığı üçün mühüm rol oynayacaq” - deyə O.Gündüz qeyd edib.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

