İstisu sanatoriyasının təməlinin qoyulması turizm infrastrukturunun bərpasını yaxınlaşdırır
27.06.2022 [16:33]
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göygöl, Kəlbəcər, Laçın rayonlarına səfəri zamanı tikinti işləri ilə yaxından tanış olması, eləcə də Kəlbəcərdə komando hərbi hissəsinin açılışını etməsi Silahlı Qüvvələrimizin 104-cü ildönümünə ən böyük hədiyyədir”.
Bunu Yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, ötən ildən başlayaraq Azərbaycanda komando üsulu hərbi hissələr açılır: “Bu, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə və müasir tələblərə cavab verməsinə bir işarədir. Ali Baş Komandanın məhz Silahlı Qüvvələrin 104-cü ildönümündə Kəlbəcərdə belə bir hərbi hissənin açılışını etməsi, əsgərlərin, zabitlərin qarşısında çıxış etməsi, Kəlbəcərdən Ermənistana xüsusi mesajlar ötürməsi, onlara reallıqları təkrar başa salması Azərbaycanın post-münaqişə dönəmində çox uğurlu daxili və xarici siyasət yürütməsini bir daha sübut edir. Prezident İlham Əliyev bir daha şəhidlərimizi, qazilərimizi yad etdi, gənclərimizin vətənpərvər ruhda yetişdirildiyini vurğuladı və Azərbaycanın güclü dövlət olduğunu səsləndirdi. Bununla yanaşı Ermənistanın yeni reallığı anlamağı və bu reallıqlar fonunda hərəkət etməyinin vacib olduğunu bildirdi”.
Deputat bildirib ki, ötən müddət ərzində həm Kəlbəcərdə, həm Laçında sürətli quruculuq, abadlıq işlərinin aparılmasının şahidi oluruq: “Kəlbəcərə və Laçına rahat gedə bilmək üçün xüsusi tunellər salınır və Toğanalı-Kəlbəcər yolu ən müasir tələblərə cavab verəcək şəkildə inşa edilir. Bu bizi həm sevindirir, həm də qürurlandırır. Bununla yanaşı ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatının həyata keçirilməsi ilə üçün Su Elektrik Stansiyaları (SES), yarımstansiyalar, ötürücülər tikilir və Azərbaycanın elektrik şəbəkəsinə qoşulur. Bu isə çox vacib amillərdən biridir. Burada istehsal olunan enerji ekoloji cəhətdən təmizdir və bu da ərazilərin yaşıl enerji konsepsiyasına uyğun gəlir. Kəlbəcər Azərbaycan üçün çox önəmli rayondur və böyük turizm potensialı var. Cənab Prezident İlham Əliyev tərəfindən İstisu sanatoriyasının təməlinin qoyulması onu deməyə imkan verir ki, ən qısa zamanda turizm infrastrukturunu da bərpa edəcəyik, bütün dünya da cənnətməkan ərazilərə axın edəcək”.
Onun sözlərinə görə, maraqlı faktlardan biri də odur ki, artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Zəngilan Hava Limanının istifadəyə verilməsinə isə çox az bir müddət qalıb: “Cənab Prezident, daha əvvəl həmçinin Laçında da beynəlxalq hava limanının təməlini qoymuşdu. Bu səfər zamanı isə tikinti prosesi ilə yaxından tanış oldu və ən qısa zamanda Laçında da beynəlxaql hava limanının istifadəyə veriləcəyinin şahidi olacağıq. Bu, birbaşa olaraq həm quru, həm də hava məkanının işə düşməsi deməkdir. Biz artıq Kəlbəcərə və Laçına təyyarə vasitəsilə səfərlər edə biləcəyik. Bu da oranın həm turizm potensialını artıracaq, həm də hava limanının təhlükəsizlik məsələlərində çox böyük rolu və önəmi olacaq.”
N.Həmzəyev qeyd edib ki, Prezident hərbi hissənin açılışı zamanı əsgərlərin, zabitlərin qarşısında çıxış edərkən Azərbaycanın bütün sərhədboyu möhkəmləndiyini və burada nəzarətin tam olaraq Azərbaycanın əlində olduğunu bildirib: “Düşmən “dəmir yumruğ”un hər zaman hazır olduğunu unutmalı deyil. Biz fəxr edirik ki, Ali Baş Komandan Cənab Prezident İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir və quruculuq, abadlıq, yenidənqurma işlərinə şəxsən nəzarət edir, keçmiş məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtması üçün təxirəsalınmaz işlər həyata keçirilir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

