Bakıda Türkmənistan ilə diplomatik münasibətlərin 30 illiyi qeyd olunub
09.06.2022 [14:03]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbirdə AR XİN-in rəhbər heyəti, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi, əməkdaşları iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində iki ölkənin böyük inkişaf yolu keçdiyini qeyd edib. Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin, o cümlədən regional və beynəlxalq əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edən nazir müavini, bu istiqamətdə iki dövlət arasında formalaşmış qarşılıqlı etimad və hörmətin əsas faktor olduğunu bildirib. Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq xarakterli münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edən nazir müavini Xələf Xələfov iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət və energetika sahələrində inkişafı təmin edən geniş beynəlxalq hüquqi bazanın əhəmiyyətini vurğulayıb. Nazir müavini, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə işlənməsinin iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha bir nümunəsi olduğunu ifadə edib.
Daha sonra çıxış edən Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Mekan İşanquliyev Azərbaycan və Türkmənistanı tarixi, mədəni bağların, dəyərlərin birləşdirdiyini bildirib. Hazırda Türkmənistan və Azərbaycan münasibətlərinin yeni məzmun kəsb etdiyini bildirən səfir, bu münasibətlərin siyasi, iqtisadi, həmçinin mədəni və humanitar sahələrdə özünü göstərdiyini ifadə edib. Səfir iki ölkənin iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli irimiqyaslı layihələrin Türkmənistan və Azərbaycan əməkdaşlığının yüksək sürətlə inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib. İki qardaş ölkə arasında birgə layihələrin təşkilində növbəti yeni mərhələ olan Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını qeyd edən səfir Mekan İşanquliyev, bunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

