“İrəli” gəncləri Ulu Öndərin doğum gününü silsilə tədbirlərlə qeyd ediblər
11.05.2022 [12:45]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü “İrəli” İctimai Birliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.
“İrəli” İctimai Birliyinin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edilib, məzarı önünə gül dəstələri düzülüb.
200-ə yaxın “İrəli” gəncinin iştirakı ilə “Heydər Əliyev: Siyasi başçıdan milli liderə qədər” adlı konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları Musa Qasımlı və Sadiq Qurbanovla yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları iştirak ediblər.
Konfrans ümummilli lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfrans iştirakçıları çıxışlarında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərində ölkəmizin rifahı və inkişafı naminə çalışdığını, Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər. Tədbir boyunca ümummilli liderin gənclərə tövsiyələri, Ulu Öndər irsinin aşılanmasında gənclərin rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirlər planı çərçivəsində “İrəli” gənclərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası baş tutub. İştirakçılar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderin keçdiyi şərəfli və unudulmaz ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar, digər unikal eksponatlarla yaxından tanış olublar.
40 komanda üzrə ümumilikdə 200-dən çox gəncin iştirakı ilə təşkil olunan “Nə? Harada? Nə zaman?” intellektual turniri çərçivəsində ümumi dünyagörüşü, tarix, ədəbiyyat, mədəniyyət və incəsənətlə yanaşı ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrü, onun həyata keçirdiyi genişmiqyaslı layihələri əhatə edən suallar verilib, qalib komandalar mükafatlandırılıb.
Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “İrəli” Media Mərkəzi tərəfindən “Ümummilli lider – 99” adlı qısametrajlı videoçarx hazırlanıb. Birliyin bütün sosial şəbəkə platformalarında yayımlanan videoçarxın başlıca mesajı sənətindən, peşəsindən, yaşından, cinsindən asılı olmayaraq hər bir gəncin Ulu Öndərin bizlərə miras qoyduğu müstəqilliyi qoruyub saxlamasıdır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

