Avtobuslarımız “Formula - 1” yarışına hazırlaşır?
05.04.2022 [10:25]
Həddini aşan sürətlər və sürücülər
BNA: Heç bir səbəb avtobusa sürət həddini aşmağa əsas vermir
Günel ABBAS
Son günlər sərnişin avtobusları sanki “Formula-1” yarışlarına hazırlaşır. Paytaxt küçələrində şütüyən ictimai nəqliyyat sözün həm həqiqi, həm də hüquqi mənasında həddini keçir. Məlumat lövhələrini sökərək kamuflaj olan avtobus sürücüləri isə sərnişinlərə paytaxt küçələrində əsl adrenalin bəxş edir. Avtobusda ayaq üstə dayanan sərnişinlərin işi daha çətindir. Onların bir neçə dayanacaq sonra hələ də həyatda qalmaqları təəccüblü və sevindiricidir. Bu avtobuslara nəzarət nə yerdədir? İctimai nəqliyyatdakı tragikomik hadisələri müşahidə kamerasından izləyən Bakı Nəqliyyat Agentliyi (BNA) bu halda nə edir?
Məsələ ilə bağlı BNA-ya ünvanladığımız sorğumuza Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, sürət həddi ilə bağlı araşdırmalar aparılacaq və qayda pozuntusunu həyata keçirən avtobusların məxsus olduğu şirkətlər agentliyə çağırılacaq: “Xüsusilə avtobuslar üçün müəyyən olunmuş sürət həddi var. Bu həddin keçilməsi artıq qanun pozuntusudur. Bir dayanacağa eyni dəqiqələrdə eyni nömrəli 2-3 avtobusun gəlməsi onların hansısa xətt üzrə tıxacda qalmaları ilə bağlıdır. Ancaq heç bir məsələ avtobuslara sürət həddinin aşılması üçün əsas vermir. Bu, birmənalı olaraq yolverilməzdir. İctimai nəqliyyatın bir vəzifəsi sərnişinləri vaxtında gedəcəyi ünvana çatdırmaqdırsa, digəri onların təhlükəsizliyidir”.
Dəfələrlə müxtəlif marşrutlarda qeydə alınan belə faktlar sosial mediada yayılıb və həmin sürücülərə xəbərdarlıq edilib. Buna baxmayaraq, avtobus sürücüləri hələ də eyni davranışları təkrarlamağa davam edir. Çox zaman şikayətlərə məruz qalmamaq məqsədilə də sürücüyə məxsus məlumat lövhəsini çıxarırlar.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli vurğuladı ki, qayda pozuntusu xüsusi texniki vasitələrlə aşkarlanır: “Digər sürücülər kimi, avtobus sürücülərinin də barəsində yol polisi tərəfindən tədbirlər görülür. Sadəcə onların digər sürücülərdən bir fərqi var. Qayda pozuntusuna görə protokolların yazılması yalnız avtobusların sonuncu dayanacağında yazıla bilər. Çünki hərəkətdə olan avtobusu dayandırıb onun intervalını pozmaq olmaz. Bu, qanunla da tənzimlənir”.
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, avtomobillər qədər avtobusların qaydalara əməl etməsi yol polisi tərəfindən nəzarətdə saxlanılmalıdır: “Həmin sürücülərə protokola uyğun olaraq cəzalar tətbiq edilir. Vətəndaşlar belə hallarla rastlaşdıqda həmin anları video şəklində qeydə alıb, sübut kimi göstərməlidirlər. Bu halda həmin avtobusların məxsus olduğu şirkətlər və aidiyyəti qurumlar məsələ ilə bağlı tədbir görəcəklər. Onu da qeyd edim ki, yol polisi əməkdaşları avtobus sürücüsünü saxladıqda sərnişinlər polislərə qarşı çıxır, prosesin onları gecikdirdiyini deyirlər. Bunun da hansısa yolla həlli tapılsa, yaxşı olar”.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

