Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rubl dəyərdən düşür

Rubl dəyərdən düşür

03.03.2022 [10:14]

Proses region ölkələrə necə təsir edəcək?

Nicat DİLQƏMLİ

Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən rublun dəyərsizləşməsi region ölkələri üçün də müəyyən narahatlıq doğurur.

Rusiya milli valyutasının günü-gündən kəskin şəkildə ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək? Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsini hansı sürprizlər gözləyir?

Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, ölkəyə daxil olan valyutanın həcmində kəskin azalmalar proqnozlaşdırılmır: “Rusiyanın Azərbaycanın ümumi ticarət dövriyyəsindəki payı 4.1%-dir. Buna görə də Azərbaycana daxil olan valyutanın həcmində kəskin azalmalar baş verməyəcək. Amma Rusiya ümumi qeyri-neft ixracatının 1/3 təşkil etdiyinə, rubl dəyərsizləşdiyinə, eləcə də Rusiyada alıcılıq qabiliyyəti aşağı düşdüyünə görə bu, qeyri-neft ixracatının və xüsusən də Rusiyaya göndərilən qeyri-neft ixracatının azalmasına gətirib çıxaracaq. Dünya bazarında neftin qiymətindəki artımlar valyuta daxilolmalarını konpensasiya edəcək. Amma qeyri-neft sektorunda azalmaların olacağı istisna edilmir. Çünki alıcılıq qabiliyyəti aşağı düşüb”.

“Digər məqam Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana göndərdiyi vəsaitlərdir. İl ərzində təxminən 1 milyard dollarlıq vəsait daxil olur. Bu məbləğdə də azalmalar olacaq. Çünki həm orada yaşayan azərbaycanlıların gəlirlərində azalmalar olacaq, həm də artıq Rusiyadan 10 min dollardan artıq vəsaitin çıxarılmasına məhdudiyyət var”, - deyə V.Bayramov əlavə edib.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31