Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstanda xeyriyyə aksiyası keçirilib

18.02.2022 [14:19]

COVID-19 pandemiyası əleyhinə həyata keçirilən beynəlxalq səylərə töhfə qismində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bolqarıstan Respublikasının Sofiya şəhərində yerləşən “Həkimlərin İxtisaslaşması və Təkmilləşdirilməsi İnstitutu – Tsaritsa Yoanna xəstəxanası”na Almaniya istehsalı olan 10 ədəd oksigen konsentratoru aparatı (ağciyərlərin süni havalandırma aparatları) təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu xeyriyyə addımı COVID-19 pandemiyası ilə qlobal mübarizəni dəstəkləmək üçün Azərbaycanın həyata keçirdiyi növbəti beynəlxalq həmrəylik tədbiridir.

Bu addımın COVID-19 pandemiyası ilə əlaqədar Bolqarıstanda yaşanan hazırkı kritik şəraitdə koronavirus infeksiyasına yoluxmuş insanların həyatının qorunması və onlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi baxımından olduqca vaxtında atıldığı və təqdirəlayiq olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31