Gəncliyə verilən mühüm mesaj
10.02.2022 [23:06]
Nardar BAYRAMLI
Azərbaycanda gənclər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu qayğının nəticəsində də ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilik və bacarıqlı gənc nəsil formalaşıb. Regionumuzun ən böyük siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasında (YAP) təmsil olunan gənclər də dövlətimizin diqqət və qayğısından bəhrələnərək layiqli vətəndaş kimi formalaşıb, üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirirlər. Həmsöhbətimiz olan YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyevlə söhbətimiz Azərbaycan gəncliyinin inkişafı istiqamətində atılan addımlar, gənclərin cəmiyyətdəki mövqeyi və s. məsələlərlə əlaqədardır.
Fəsli Nəbiyev 2013-2017-ci illərdə Xəzər Universitetini politologiya ixtisası üzrə bitirib. 2017-2019-cu illərdə isə ADA Universitetində magistr təhsili alıb. 2017-ci ilin iyun ayından 2021-ci ilin mart ayına qədər YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri, həmçinin təşkilatda məsləhətçi işləyib. F.Nəbiyev 2021-ci il martın 11-də YAP İdarə Heyətinin qərarı ilə partiyanın Gənclər Birliyinin sədr müavini təsdiqlənib. Eyni zamanda, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin aparıcısı məsləhətçisi vəzifəsində çalışır.
F.Nəbiyev bildirib ki, Azərbaycanın gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün cəmiyyətin əsas aparıcı qüvvəsi olan gənclər əvəzolunmaz rola malikdir. Bu baxımdan, Azərbaycanda tamamilə yetkinləşmiş, sınaqlardan keçmiş və ölkənin uğurlu sabahını təmin etmək üçün öz sözünü demiş bir gənclik formalaşıb. Onun sözlərinə görə, Azərbaycan vətənpərvər və yüksəkzəkalı gəncliyə sahib olan bir ölkədir: “Gənclər döyüş meydanında böyük şücaət və qəhrəmanlıq göstərməklə yanaşı, informasiya savaşında da öz bilik və bacarıqlarından istifadə edib Vətən müharibəsində böyük qələbənin reallaşmasına töhfə verdilər. Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyasının VII Qurultayında partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrdən biri də gənc nəslin tərbiyə olunaraq gələcəkdə müstəqilliyimizin hər şeydən üstün tutulması istiqamətində təlimatlandırılması, milli ənənələrimizin qorunub yaşadılmasında vacib rol oynamasından ibarətdir. Əslində, bu, ölkə rəhbəri tərəfindən Azərbaycan gəncliyinə verilən mühüm mesaj idi, yəni artıq yetkinləşmiş gənclik ölkənin bundan sonrakı inkişaf mərhələsinə səfərbər olunmalı, ölkəmizi daha böyük nailiyyətlərə aparmalıdır”.
Həmsöhbətimiz qeyd edib ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin əsas hədəfi ölkənin müxtəlif sahələrində təmsil olunan gəncləri vahid milli birlik ətrafında birləşdirərək onların potensialını ölkəmizin gələcək inkişafına yönləndirməkdir: “Bizi daha da məsuliyyətli və əzmlə çalışmağı tələb edən bir dövr gözləyir. Yeni mərhələdə də gənclər öz potensialını ölkənin gələcək inkişafına, onun güclənməsinə yönəldirlər. Çünki gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Azərbaycanda da dövlət siyasətinin mühüm prioritetlərindən biri gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də Ona etibar etməsini arzuladığını ifadə etdi. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, onların bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlət strukturlarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, Bakıda müxtəlif mövzularda gənclərə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi də dediklərimizi təsdiq edə bilər”.
YAP Gənclər Birliyinin sədr müavini deyib ki, bu gün dövlət idarəetmə sistemində, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar: “Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi gücümüzü artırır. Bu, cəmiyyətimiz üçün olduqca faydalı faktdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Ölkəmizin dövlət siyasətində də insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan, kadrların inkişafı dedikdə, ilk növbədə, gənclər anlaşılır. Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev bu məqamı da vurğuladı və gənclərə dəyərli tövsiyələrini verdi. Biz həmin tövsiyələrdən irəli gələrək üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

