“Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlim keçirilib
26.01.2022 [17:59]
Nicat DİLQƏMLİ
Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Lənkəranda jurnalistlər üçün “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təlim keçirilib. 24-25 yanvar tarixlərini əhatə edən tədbir çərçivəsində KİV nümayəndələrinə Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı məlumatlar verilib.
Tədbiri giriş nitqi ilə açan İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov təlimin iki istiqamət üzrə qurulduğunu deyib: “Birinci istiqamət Gömrük sistemində aparılan islahatlar barədə məlumat verməkdir. İkincisi isə, gömrük sahəsində jurnalistlərin ixtisaslaşmasıdır.
MEDİA-nın əsas istiqamətlərindən biri də jurnalistlərin ixtisaslaşmasıdır
Daha sonra Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova Dövlət Gömrük Komitəsi ilə MEDİA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirin əhəmiyyətindən, prioritet hədəflərdən danışıb: “MEDİA-nın fəaliyyətinin əsas istiqamətlərindən biri də jurnalistlərin ixtisaslaşmasıdır. Bu istiqamətdə bizim müxtəlif qurumlarla birgə layihələrimiz olub. Hesab edirik ki, bu layihələr jurnalistlərin peşəkarlığının artırılması baxımından uğurla nəticələnəcək”.
Biz riskləri təsnifləşdirməyə başladıq və bu istiqamətlər üzrə həyata keçiririk
DGK Risklərin idarə olunması və Audit Baş İdarəsinin rəisi Orxan Sultanov “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzusunda təqdimat barədə məlumat verib: “Risklərə riskli yanaşmaq olmaz. Bu resursları daha böyük risklərə yönəltməliyik. Biz riskləri təsnifləşdirməyə başladıq və bu istiqamətlər üzrə həyata keçiririk – xarici ticarət risk reytinqi direktivi, sərhəd risk modulu, statistik instrumentlərin tətbiqi, bəyənnamə risk direktivi üzrə şaxələndirmişik. Xarici ticarət risk reytinqi direktivin data (elektron məlumatlar) əsaslı yenilənən sistemdir. Sərhəd risk modulu artıq tamamlanıb, tezliklə işə düşəcək. Bu, bizə sərhəddə, gömrükdə risklərin idarə edilməsinə imkan verir. Burada biz beynəlxalq nümunədən istifadə etmişik. Statistik instrumentlərin tətbiqi – burada hər hansı bir məhsulu bəyan etdikdə sistem avtomatik özü aşkar edir riskləri. Məsələn, orta dəyəri 5 dollar, standart kənarlaşma 1 dollardır. 20 faiz, avtomatik dəyər minimal olaraq 4 dollar təyin edilir. Əgər bu rəqəm dəyişərsə, sistemdə bu dəyişikliyin riskli olduğu bildirilir. Bəyənnamə risk direktivi üzrə şaxələndirmədə isə sistem risklər barədə statistik məlumatlar verir”.
Ardınca Pərvanə İbrahimova Medianın İnkişafı Agentliyinin fəaliyyəti barədə məlumat verib: “Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı əsasında MEDİA-nın yaradılması dövlət tərəfindən mediaya göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Media sahəsində islahatların istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətlərini əhatə edir. Sözügedən istiqamətlər üzrə mətbuat nümayəndələri üçün müxtəlif tədbir və seminarlar keçirilir”.
Növbəti təqdimat isə Dövlət Gömrük Komitəsinin fiskal sahədəki fəaliyyətinin ölkənin sosial-iqtisadi inkişafına töhfələri mövzusunda şöbə rəisi V.Orucov tərəfindən edilib. Sonra “Yaşıl dəhliz” buraxılış sistemi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Xarici Ticarət İştirakçıları ilə iş şöbəsinin rəisi Mahmud Nuriyev “Yaşıl Dəhliz Buraxılış sistemi” mövzusunda danışıb. Azər Namazov “Rəqəmsal Gömrük: nəticələr və hədəflər” mövzusunda növbəti təqdimatda bu barədə KİV nümayəndələrinə geniş məlumat verib.
Daha sonra isə KİV nümayəndələri üçün Astara Gömrük Postuna mediatur təşkil olunub. Media nümayəndələri yoxlama işlərində iştirak ediblər, proses ilə yaxından tanış olublar.
Təlimin sonuncu günündə media nümayəndələri üçün “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” və “Gömrük sistemində islahatlar: nəticələr, perspektivlər” mövzularında təlim keçirilib.
Əməliyyat-istintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı tədbir iştirakçılarını salamlayaraq Dövlət Gömrük Komitəsinin 30 illik fəaliyyəti ilə bağlı məlumat verib. O bildirib ki, gömrük orqanlarının əsas məqsədlərindən biri də gömrük gəlirlərinin dövlət büdcəsinə daxil olmasıdır. G. Muradlı deyib ki, keçən il dövlət büdcəsinə 4.13 milyard manat pul vəsaiti daxil olub. O, daha sonra gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti sahəsindəki vəzifələri barədə geniş məlumat verib.
2021-ci ildə aşkar edilmiş cinayətlərin əsas növləri
Məlumat verilib ki, il ərzində aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq, 26-sı gömrük ödənişlərinin edilməsindən yayınma, 21-i aksiz markasız idxal, 191-i 252.2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u isə digər əməllərlə əlaqədar olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərdən 333-ü Azərbaycan vətəndaşı, 94-ü isə əcnəbidir.
2021-ci ildə ölkəmizə ümumi çəkisi 3 t 43 kq 507 qr olan narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. Aşkar olunan narkotiklərin 2 t 106 kq 134 qramı heroin, 194 kq.122qramı – metamfetamin, 44 kq 672 qramı – həşiş, 698 kq 207 qramı – tiryək və digər növ narkotik vasitələr olub. Bildirilib ki, narkotikin əsas keçirilmə yeri ölkəmizin cənub sərhəddidir. Bu işlərdə maarifləndirmə işlərinin əhəmiyyətindən danışan general-mayor Güloğlan Muradlı media nümayəndələrini bu işdə daha da aktiv iştirak etməyə çağırıb.
Bunlarla yanaşı, 2021-ci ildə 96 min 400 litrdən çox spirtli içki ilə əlaqədar yol verilmiş hüquqpozmalar üzrə iş açılıb, 310 ədəd saxta və saxta aksiz markası ilə markalanmış müxtəlif markalı spirtli içkilər qanunsuz dövriyyədən götürülüb. Ötən il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 310 min manat dəyərində 1 milyon 780 min ədəddən çox xaricdə istehsal olunan siqaretlər, eləcə də 1840 ədəd istifadə üçün yararsız, saxta və keyfiyyətsiz siqaretlər tutulub.
«Valyuta tənzimi haqqında» Qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 137 910 ABŞ dolları, 3 348 000 rus rublu, 41 550 avro, 6820 gürcü larisi, 50300 saxta ABŞ dolları, 2 milyon 713 min 831 manat dəyərində 7328 ədəd qızıl zinət əşyaları və külçələr, 23 378 manat dəyərində 428 ədəd gümüşdən hazırlanmış məişət və zinət əşyaları, 1 335 135 manat dəyərində 11 692 karat qiymətli daşlar və s. aşkar olunub. Həmçinin Heç bir təhlükəsizlik tələblərinə cavab verməyən 965 465 manat dəyərində 274 min ədəd pirotexniki məmulatların qanunsuz ölkəyə gətirilməsinin qarşısı alınıb. Eyni zamanda, 2021-ci ildə 965 min 465 manat dəyərində 1504 ədəd mobil telefon, 6464 ədəd mobil telefonların aksesuarları, 263257 manat dəyərində məişət texnikası götürülüb.
Son illər dərman vasitələrinin qanunsuz yollarla ölkəyə gətirilməsi cəhdləri intensivləşib. 2021-ci ildə gömrük orqanları tərəfindən 101 hüquqpozma faktı üzrə 749 435 manat dəyərində dərman vasitələrinin, 255 582 manat dəyərində qida əlavələrinin, 40472 manat dəyərində tibb ləvazimatlarının qanunsuz idxalının qarşısı alınıb. 2019-2021-ci illər ərzində ümumilikdə 247 hüquqpozma faktı (84-ü cinayət xarakterli fakt, 163-ü isə inzibati xəta faktları) üzrə1milyon 813 min qutu, 113 min həb, 41 min konvolyut, 5348 flakon, eləcə də istifadəyə yararsız 100 həb dərman vasitəsi gömrük orqanları tərəfindən aşkar edilərək götürülüb.
DGK Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov isə “Avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesindəki dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib.
Sonra mövzularla bağlı jurnalistlərin sualları cavablandırılıb.
Təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iştirakçıları Komitə rəhbərliyi adından salamlayaraq Medianın İnkişafı Agentliyi ilə Dövlət Gömrük Komitəsinin birgə təşkil etdiyi tədbirə qatılan jurnalistlərə təşəkkürünü bildirib.
Qeyd olunub ki, milli mətbuatın inkişafı, söz və informasiya azadlığının təmin olunması sahəsində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Məhz dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyəti, qayğısı sayəsində media qurumlarına, jurnalistlərə hərtərəfli dəstək göstərilir, bu sahənin inkişafı üçün layihələr, xüsusi proqramlar həyata keçirilir.
İsmayıl Hüseynov yaxın günlərdə bir yaşını qeyd edən Medianın İnkişafı Agentliyinin qısa dövr ərzindəki səmərəli fəaliyyətindən danışıb, milli mətbuatın üzərinə düşən çətin və şərəfli missiyanı uğurla yerinə yetirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı informasiya cəbhəsində qazanılan nailiyyətlərdə medianın rolu bunun parlaq örnəyidir.
DGK sədrinin birinci müavini Azərbaycan gömrük xidmətinin də media qurumları və jurnalistlərlə münasibətləri şəffaf, səmərəli və işgüzar müstəvidə qurmağa çalışdığını, gömrük-media münasibətlərində yeni dövrün başladığını diqqətə çatdırıb. Prezident İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatların mahiyyətinin, gömrük orqanlarının fəaliyyəti haqqında doğru, düzgün məlumatların geniş ictimaiyyətə çatdırılmasında medianın roluna toxunan İsmayıl Hüseynov bu istiqamətdə Komitəyə göstərilən dəstəyə, peşəkar yanaşmaya görə təşəkkürünü ifadə edib.
Sonra Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, bu tədbir sahəvi jurnalistikanın formalaşmasında mühüm əhəmiyyət kəsb edir və jurnalist araşdırmalarında ilkin mənbədən alınan bu məlumatlardan geniş istifadə olunacaq.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22

