Milli Məclis yaz sessiyasında hansı məsələləri müzakirə edəcək?
25.01.2022 [10:45]
Günel
Milli Məclisdə 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilən məsələlər müəyyənləşib.
İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsində işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası müzakirə ediləcək. Komitənin iş planına “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsindəki tədbirlərlə bağlı” dinləmənin keçirilməsi daxil edilib.
“Məşğulluq haqqında” qanunun monitorinqi
Əmək və sosial siyasət komitəsində isə “Məşğulluq haqqında” qanunun monitorinqi aparılacaq. Monitorinq zamanı deputatlar öz fikirlərini söyləyəcək və hansı maddələrə dəyişiklik ediləcəyi müəyyənləşəcək. Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin iclası 26 yanvar 2022-ci ildə keçiriləcək.
Böyük qayıdış ilə bağlı qanun layihəsi hazırlanacaq
İnsan Hüquqları komitəsində işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq. Yeni qanun layihəsi sessiya müddətində komitədə hazırlanacaq. Həmçinin Böyük qayıdışla bağlı beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə əməkdaşlıq layihəsi hazırlanacaq.
Azad olunmuş torpaqlara Böyük qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi komitənin iş planına daxil edilib.
Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək
Parlamentin İnsan Hüquqları komitəsində Amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək. Komitədə sessiya müddətində “Əfv institutu-Amnistiya aktı İnsan hüquqlarının təminatı institutu kimi: reallaşdırılmasının aktual problemləri” mövzusunda vətəndaş cəmiyyəti və ekspertlərlə birgə ictimai dinləmələr keçiriləcək.
Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı xüsusi dinləmə
İnsan Hüquqları komitəsində Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək. Komitədə sessiya müddətində Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı xüsusi dinləmə keçiriləcək.
Sosial media haqqında qanun layihəsi hazırlanacaq
Milli Məclisin İnsan Hüquqları komitəsində “Rəqəmsal məkanda ölkə vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı” yeni qanun layihəsi hazırlanacaq.
Həmçinin ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə dinləmə keçiriləcək. Qeyd edilib ki, komitədə sessiya müddətində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin və aparatının, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələr təşkil ediləcək, diffamasiya ilə bağlı məsələlər müzakirə ediləcək.
Eyni zamanda sessiya müddətində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumundan irəli gələn məsələlərə həsr olunmuş tədbirlərin keçirilməsi komitənin iş planına daxil edilib.
Komitədə “18 iyun - Milli insan hüquqları gününə həsr olunmuş ictimai dinləmə” və “Diffamasiya haqda qanunvericilik və beynəlxalq təcrübə” ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur.
Qadın və uşaqların hüquqları ilə bağlı ictimai müzakirə
İnsan Hüquqları komitəsində qadın və uşaqların hüquqları ilə bağlı ictimai müzakirə keçiriləcək. Komitədə sessiya müddətində qadın hüquqları ilə bağlı Ailə Qadın və Uşaq Komitəsi, bu sahədə mövcud olan vətəndaş, QHT təşkilatları ilə birgə video-konfransın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, görüşün nəticəsi olaraq təkliflərlə bağlı hesabat hazırlanacaq. Komitənin iş planına “Məişət zorakılığı” mövzusunun aktuallığını nəzərə alaraq paytaxt və bölgələrdə dövlət ailə siyasəti, qadın və uşaqların hüquqları ilə bağlı bütün təbəqələrin iştirakı ilə maarifləndirilmə layihələri, ictimai müzakirələr keçirilməsi daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

