Nəriman Rəsulov - 75
15.01.2022 [00:00]
Bu gün Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Nəriman Moğbil oğlu Rəsulovun 75 yaşı tamam olur.
O, 1947-ci ilin yanvar ayının 15-də Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1970-1973-cü illərdə İnstitutun “Maşınqayırma texnologiyası” kafedrasının aspirantı olan N.Rəsulov 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışıb, 2004-c? ildən “Maşınqayırma texnologiyası” kafedrasının professoru, 2001-2009-cu illərdə Maşınqayırma fakültəsinin dekanı, 2009-2015-ci illərdə isə “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri işləyib. Hazırda “Maşınqayırma texnologiyası” kafedrasının professoru vəzifəsində çalışır.
N.Rəsulovun 45 ildən çox elmi-pedaqoji fəaliyyətinin nəticələri 270-dən çox məqalə, ixtira, patent, konfrans materialı, dərslik, dərs vəsaiti, monoqrafiya və digərlərində əks olunub. Elmi əsərləri azərbaycan, türk, ingilis, fransız, rus və çex dillərində, Azərbaycan, Rusiya, Ukrayna, Çexoslovakiya, Türkiyə, Polşa, Belarusiya və digər ölkələrdə dərc olunub. Maşınqayırma sahəsindəki elmi fəaliyyətini və elmi məqalələrinin dəyərini nəzərə alaraq “American Journal of Science, Engineering and Technology” jurnalının Elmi nəşriyyat qrupu onu bu jurnalın redaksiya heyətinin üzvlüyünə qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında xidmətlərinə görə Nəriman Moğbil oğlu Rəsulova Əməkdar elm xadimi fəxri adı verilib.
N.Rəsulov cəmiyyətdə layiqli vətəndaş və ləyaqətli ziyalı kimi tanınır, Heydər Əliyev ideyalarına, milli-mənəvi dəyərlərə və tarixi ənənələrə sadiqliyi ilə fərqlənir. O qeyd edir ki, Azərbaycanın bugünkü uğurlarının siyasi, iqtisadi, hüquqi əsasları birmənalı olaraq Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Alim vurğulayır ki, İlham Əliyev Azərbaycanın dövlətçilik tarixində ən Müzəffər dövlət başçısıdır. Qarabağın, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunması inanılmaz və böyük qələbədir.
“Yeni Azərbaycan” qəzeti olaraq Nəriman Rəsulovu 75-ci yaş günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, cəmiyyət, dövlət üçün səmərəli və faydalı fəaliyyətində uğurlar arzu edirik. Ziyalı ömrünüz uzun olsun!
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

