NATO - Rusiya mübarizəsində Şərqi Avropa cəbhəsi...
14.01.2022 [23:48]
Şimali Atlantika Alyansı hərəkətə keçib, bəs Moskvanın cavabı necə olacaq?
Pərviz Sadayoğlu
Yanvarın 12-də baş tutan NATO - Rusiya Şurası görüşü Şərqi Avropa regionunda yeni siyasi dinamika yaradıb. Belə ki, Rusiya ilə razılıq əldə edə bilmədiklərini bəyan edən NATO rəhbərliyi hərəkətə keçib. Görüşün ardından İsveç və Finlandiyanı Alyansda görmək istədiyini bəyan edən NATO rəsmiləri Şərqi Avropada da tədbirlərini artırır. Məsələn, Estoniyanın baş naziri Kaja Kallas bildirib ki, Latviya, Litva və Estoniya NATO-dan öz ərazilərində yerləşdirilən qoşunlarının sayını artırmağı xahiş edir və müvafiq olaraq danışıqlar aparır. Estoniyalı baş nazir dialoqun təfərrüatlarını açıqlamasa da, bunu “Rusiyanın təhdidlərinin qarşısını almaq üçün tədbir” adlandırıb. Rusiya mətbuatının məlumatına görə, fevralın ortalarında NATO müdafiə nazirlərinin görüşündə bu məsələ müzakirə ediləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev bildirib ki, 2021-ci il NATO-Rusiya münasibətlərinin daha da kəskinləşməsi ilə yadda qalmışdı. Bununla belə, münasibətlərin tənzimlənməsi, dialoqun inkişaf etdirilməsi və hərbi ritorikanın dayandırılması ilə bağlı ümidlər var idi. Bir neçə gün öncə Brüsseldə baş tutan NATO - Rusiya danışıqları bu ümidləri puç etdi. Proses onu göstərdi ki, tərəflər arasında kompromisin əldə olunması real görünmür. Bu baxımdan, artıq Şərqi Avropanın bəzi dövlətləri, o cümlədən Baltikyani dövlətlər “təhlükəsizlik” adı altında ərazilərində NATO qüvvələrinin artırılması haqda qərarlar qəbul etməyə başlayıblar: “NATO Baş katibi Yens Stoltenberqin verdiyi açıqlamalar münasibətlərin gələcək inkişafını proqnozlaşdırmağa imkan verir. NATO öz mövqeyindən geri durmur. Tam əksinə, Rusiyaya yaxın regionlarda öz qüvvələrini artırmaq üçün bütün gücünü sərf etməkdədir. Almaniyanın Litva ərazisində yeni hərbi düşərgə qurmaqla bağlı planı da bunun göstəricisidir. Bəlli olduğu kimi, həmin düşərgədə Litva hərbi qüvvələri ilə yanaşı, digər NATO dövlətlərinin hərbi qulluqçuları da yerləşəcək. Bütün bunlar NATO-Rusiya münasibətlərinin daha da kəskinləşməsindən xəbər verir”.
İ.Babayev bildirib ki, Baltikyanı dövlətlərdə hərbi kontingentin artırılmasının bir səbəbi də bu dövlətlərin postsovet məkanı sayılmasıdır. Son illərdə postsovet məkanında baş verənlər, Rusiyanın bəzi siyasətçilərinin keçmiş SSRİ-nin bərpası ilə bağlı açıqlamaları, o cümlədən Rusiya dövlətinin də vətəndaşlığa qəbulla bağlı siyasətində dəyişikliklər etməsi Alyansı hərəkətə keçirib. “Qeyd edim ki, Sovet İttifaqının dağılmasından ötən 30 ildə ilk dəfədir ki, Şərqi Avropa bu kimi fikirləri açıq təhdid kimi qəbul edir və bundan çəkindiyini büruzə verir. Hətta keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvü olan Şərqi Avropa dövlətləri belə rusiyalı siyasətçilərin qəti fikirlərindən narahatlıq keçirirlər. Bu baxımdan, Alyans Rusiyaya yaxın ərazilərdə öncədən tədbirlər görmək niyyətinə düşüb. Deyərdim ki, Finlandiyanın NATO-ya dəvət edilməsində də bu faktorun rolu az deyil”, - deyə İ.Babayev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

