Tofiq Yaqublunu “döyən” tapıldı
14.01.2022 [22:32]
Onun üzündə əl qabiliyyətini - peşə məharətini göstərən vizajist imiş
Üstündən bir müddət keçməsinə baxmayaraq, Tofiq Yaqublunun “döyülməsi” məsələsi yenidən aktuallaşıb. Buna səbəb bir həkim-patoloqun “Yeni Azərbaycan” qəzetinin redaksiyasına müraciət etməsidir. O, internetdə mövcud olan şəkillər əsasında araşdırma apardığını və bununla bağlı mütəxəssis kimi qənaətlərini ifadə etmək üçün redaksiyamıza üz tutduğunu deyib: “Tofiq Yaqublu fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qaldığını iddia etmişdi. Bilirsiniz ki, onun müraciəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb, iddiaları öz təsdiqini tapmayıb, cinayət işinin başlanması rədd edilib. Bu informasiyanı oxuduqdan sonra mən də araşdırma xarakterli kiçik müşahidə apardım. İnternet səhifələrində yer alan bəzi fotolara müxtəlif rakurslardan nəzər saldım. Düşünürəm ki, döyülmək iddiasının əsası yoxdur. Fikrimi mütəxəssis kimi izah etmək istəyirəm. Hər iki paraorbital nahiyənin əzilməsi və dərialtı hematoma baş, yaxud burun nahiyəsinin travması nəticəsində baş verə bilər. Şəklə görə isə, burun və burunətrafı nahiyədə zədə izləri görünmür. Simmetrik dərialtı hematoma bir qədər şübhə yaradır. Belə ki, simmetrik zədələnmə halı yalnız qapalı kəllə-beyin travması zamanı ola bilər. Döyülmə, yaxud ağır travma zamanı hematoma və zədələnmə assimmetrik şəkildə müşahidə edilir”.
Yeri gəlmişkən, sosial şəbəkə istifadəçiləri T.Yaqublunun “döyülmək” iddiasından dərhal sonra siyasi partiya rəhbərləri, internet kanallarının əməkdaşları ilə ünsiyyət qurmasını da təəccüblə qarşılamışdılar. Qeyd edilmişdi ki, elə bu fakt məsələnin bir qədər şübhəli olduğunu təsdiq edir. Doğrudan, bu vəziyyətdə olan insan necə danışa, yaxud iddialarını səsləndirə bilərdi? Həkim-patoloq bu məsələyə də aydınlıq gətirdi: “Kəllə-beyin travması alan xəstə uzun müddət sabit yataq vəziyyətində olmalıdır. Nitqində və tələffüzündə müxtəlif çatışmazlıqlar qeydə alınır. Halbuki deyildiyi kimi, həmin şəxs bir sıra insanlarla rahat ünsiyyət qurub”.
Maraqlıdır, döyülmədiyi - zədə və zərbə almadığı təsdiqlənən T.Yaqublunun sifətini kim bəzəyib? Yaxud daha dəqiq desək, Yaqublunun üzündə əl qabiliyyətini - peşə məharətini göstərən vizajist kimdir? Bizə və cəmiyyətə məlum olmasa da, özünə bəllidir. Amma önəmli olan vizajistin kimliyi deyil, belə bir saxta iddia ilə ajiotaj yaratmağa çalışan şəxsin “mənliyi”dir!
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

