Azərbaycan bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcək
14.01.2022 [17:59]
“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə çox mühüm məsələləri əhatə edən sualları cavablandırılmışdır. Azərbaycanın 2021-ci ildə əldə etdiyi iqtisadi uğurlardan danışılarkən qeyd olunmuşdur ki, ümumi iqtisadi artım 5 faizdən çox olmuşdur. Ən sevidirici hal odur ki, qeyri-neft iqtisadiyyatında artım 7,2 faiz təşkil etmişdir. Azərbaycanda ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. 2021-ci ildə xərclərin artmasına baxmayaraq valyuta ehtiyatı 2,5 milyard dollar artmışdır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir. Müsbət saldo 10 milyard dollardan çoxdur. Qeyri-neft ixracı 40 faizdən çox artmışdır. Çörəyin qiymətinin qalxmasına münasibət bildirən cənab Prezident bildirmişdir ki, bu qaçlımaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Azərbaycanın əsas təchizatçısı Rusiyadır. Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Çörəyin qiyməti süni sürərdə əvvəlki səviyyədə saxlanıla bilməzdi. Bu nəzərə alındı və eyni zamanda, dövlətin tənzimləyici rolu gücləndirildi ki, süni qiymət artımı olmasın. Eyni zamanda ölkədə çox geniş sosial paket həyata keçirildi. Minimum əmək haqqı 20 faiz, minimum pensiya 20 faiz, müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqları, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu sosial paket 2 milyondan çox insanı əhatə etməklə 1,5 milyard manat vəsaitlə başa gəlmişdir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısından və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan dünya miqyasında bu sahədə öz modeli olan ölkələrdəndir. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən qayğı və diqqət nümunə sayıla bilər. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillə təmin olunub, 7400 nəfər minik avtomobili ilə təmin olunub. Təkcə keçən il 850 nəfər Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilər, 750 nəfər İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilər mənzillə təmin olunublar. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa –yenidənqurma işləri ilə əlaqədar qeyd olunmuşdur ki, 2021-ci ildə bu istiqamətdə çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış bir ölkə üçün bu ən geniş miqyaslı proqramdır. Bu proqramı fərqləndirən odur ki, proqram heç kimin yardımı olmadan Azərbaycanın öz gücü hesabına həyata keçirilir. İlkin olaraq minalardan təmizləməklə yanaşı, elektrik təsərrüfatı yaradıldı, yollar şəkildi. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Erənistanla həmsərhəd olan bölgələrdə 700 km yaxın yol çəkilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horodiz - Ağbənd - Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb.
ATƏT-in Minsk qrupu ilə bağlı sualı cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, müharibədən sonra həmsədirlərin ilk bəyanatlarında onlar yeni reallıqlardan şox uzaq idilər. Lakin sonradan onların bəyanatlarına baxsaq görərik ki, indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həmdə başqa sənədlərə istinadları görünür. Bu qrupun gələcək fəaliyyətinə gəldikdə isə onu demək olar ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə artıq həll olunub. Azərbaycan onların yerinə bu məsələni həll edib.
Azərbaycanda COVİD- 19 pandemiyası dövründə aparılan siyasət və bu siyasətin davam etdirilməsi üçün həyata keçiriləcək tədbirlərdən danışarkən cənab Prezident qeyd etmişdir ki, görülmüş tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, bu çətin sınaqdan şərəflə şıxdı. MDB məkanında Azərbaycan vaksinasiyaya start verən ilk ölkə olmuşdur. Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki dozu alıb. Eyni zamanda 1 milyon 500 min nəfərdən çox adam buster dozasını alıb. İndi əsas məsələ odur ki, hamı özünü qorumalıdır.
Cənab Prezidentin üç saata yaxın zaman ərzində yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahədə görülən işlərə, ATƏT-in Minsk qrupu, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə və digər məsələlərlə baglı suallara cavabları göstərir ki, Azərbaycan bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçriləcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

