Söhrab Salmanov - 80
30.12.2021 [11:04]
Bizim Söhrab müəllim
Hacı Abdulla
Dekabrın 31-də Azərbaycan neft sənayesinin tanınmış simalarından olan m?rhum Söhrab Salmanovun anadan olmasının 80 ili tamam olur.
S.Salmanov uzun illər Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə çalışmış, bu sahədə böyük əmək sərf etmiş, fəhləlikdən ARDNŞ-in vitse-prezidenti vəzifəsinə qədər yol keçmiş neftçilərdən biri idi. Odessa Dəniz Donanması Mühəndislər İnstitutunun Bakı filialında təhsil almaqla yanaşı, gənc yaşlarından “Paris kommunası” və “Vano Strua” adına gəmi təmiri zavodunda çilingər şagirdi, çilingər və qaynaqçı kimi çalışmışdır. Sonrakı illərdə Azərbaycan Neft Sənayesi Nazirliyinin Gəmi təmiri zavodunda usta, sex rəisi, şöbə rəisi, baş mühəndis vəzifələrində işləmiş, əməksevərliyi, təşkilatçılıq bacarığı, bilik və təcrübəsi ilə nüfuz qazanmışdır. 1970-1980-ci illərdə Gəmi təmiri zavodunun direktoru olmuş, bu müəssisəni respublikamızın və keçmiş İttifaqın qabaqcıl müəssisələri sırasına çıxarmışdı.
Mənalı və şərəfli həyat yolu keçən S.M.Salmanov 1980-1989-cu illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyi Baş direktorunun müavini, ARDNŞ-də idarə rəisi olmuşdur. Azərbaycan və SSRİ-dən kənarda da dünya səviyyəli neftçilər kimi tanınmış Süleyman Vəzirov, Sənan Əlizadə, Xoşbəxt Yusifzadə, Qurban Abbasovla birlikdə çalışmışdır. S.M.Salmanov neft sənayesi sahəsində məhsuldar fəaliyyət göstərmiş, ölkə əhəmiyyətli mühüm vəzifələrin həllində yaxından iştirak etmişdir. Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov özünü yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər kimi göstərmişdir. O, yorulmaz fəaliyyəti, çalışdığı sahədə peşəkarlığı ilə daim diqqət mərkəzində olmuş, əməyi yüksək qiymətləndirilmiş, xeyli orden və medallara, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyev ona yüksək etimad göstərərək 26 yanvar 1994-cü il tarixli 52 nömrəli Sərəncamı ilə Söhrab Məhəmməd oğlu Salmanovu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maddi-texniki təchizat, nəqliyyat və sosial inkişaf üzrə vitse-prezidenti təyin etmişdi. O, təqaüdə çıxanadək bu vəzifədə çalışmışdı. S.Salmanovun ölkə parlamentində, xarici dövlətlərdə, KİV-də təmkinli, məntiqli çıxışları, mətbuat işçiləri ilə keçirdiyi çoxsaylı görüşləri yaddaşlardadır. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə ölkənin neft və qaz sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Söhrab Salmanovu “Şöhrət” ordeni ilə təltif etmişdi.
2020-ci ilin 44 günlük qalibiyyətli Vətən müharibəsində Qarabağ torpaqlarının azad edilməsinə ən çox sevinənlərdən biri Söhrab müəllim olmuşdu. Vətənsevər insan bu sevincini çoxsaylı Qarabağlı, Şərqi Zəngəzurlu qohumları ilə bölüşməkdən, onlara gözaydınlığı verməkdən yorulmurdu. Onun böyük-kiçik hər kəslə nəzakətli rəftarı, təmkini, insanları səbirlə dinləmək, cavab vermək mədəniyyəti, alicənablığı, ailə, simsar qohum məclislərini aparmaq qabiliyyəti, mənalı söhbətləri daim yaddaşlarda qalacaq.
S.Salmanov bu il avqustun 27-də 80 illik yubileyinə az qalmış vəfat etmişdir.. Nahidə xanım, qızı Mədinə müəllimə, atasının peşəsini uzaq ölkələrdə davam etdirən Rüfət, nəvələri Səfrəndə, Bəhruz, Şölə... hər Yeni ili onun doğum günü ilə birlikdə qeyd etdikləri bu mehriban, sevimli ailə başçısının yoxluğuna hələ də öyrəşə bilmirlər.
Zəngin təcrübəyə, yüksək biliyə, təşkilatçılıq bacarığına və insani keyfiyyətlərə malik Söhrab Salmanovun əziz xatirəsi ölkəmizin neft-qaz sənayesi işçilərinin və onu tanıyanların qəlbində daim yaşayır.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

