KTMT-dən Ermənistana zərbə!
28.11.2021 [20:30]
Bu gün Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Görüşündə təşkilata üzv olan ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edib. Görüşün yekun Bəyannaməsində qeyd edilib: "Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq".
“yeniazerbaycan.com” xəbər verir ki, Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir.
Sənəddə bundan sonrakı mərhələdə Qafqaz regionunda mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyi vurğulanır.
Qeyd edək ki, ölkəmizi təbrik edən İƏT-na üzv olan ölkələr eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da üzvü kimi aparıcı ölkələr sırasında yer alır. KTMT üzvü olan 3 ölkə Azərbaycan rəhbərliyini və xalqını Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etməklə bir zamanlar mövcud olmuş bu münaqişədə rəsmi Bakının yanında yer aldıqlarını rəsmi şəkildə açıq-aşkar bildiriblər. Məsələn, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanı ikinci Qarabağ müharibəsində təbrik edərək, Ermənistanın KTMT-yə tuşlanan ümidlərini birdəfəlik yox edənlərdən biri oldu.
K.J.Tokayev vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır”.
Onu da xatırladaq ki, noyabrın 8-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Belarus lideri Azərbaycanla Ermənistan arasında çoxillik qarşıdurmanın bir il bundan əvvəl başa çatması faktını alqışlayıb. O, hər iki tərəfin xeyrinə olan sülh quruculuğu prosesinin başlanmasının vacibliyinə xüsusi diqqət yetirib.
Lukaşenko vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və qarşılıqlı iqtisadi fəaliyyətin bərpası regionda möhkəm sülhün əsası olmalı, orada yaşayan bütün xalqların rifahını və təhlükəsizliyini təmin etməlidir.
Çoxillik Qarabağ münaqişəsinin bütün qurbanlarının doğmalarına və yaxınlarına başsağlığı verən Lukaşenko bir il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə qəbul edilmiş və qan tökülməsinə son qoymuş Bəyanatın müstəsna əhəmiyyətini qeyd edib.
Həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov da qələbə münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib. S.Japarov Qırğızıstanın eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanı qardaş ölkə kimi qəbul etməsini diqqətə çatdırıb. O, Qarabağ - Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib, 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacağına ümidvar olduğunu söyləyib.
Sadalananlar göstərir ki, həm regionda, həm də dünya miqyasında ciddi rol oynamayan Ermənistanın KTMT-də hər hansı rolu, nüfuzu yoxdur.
Qeyd edək ki, Azərbaycanı qələbə münasibətilə təbrik edən ölkələrin 3-ü KTMT-nin üzvüdür.
Həm ikinci Qarabağ müharibəsindən əvvəl, həm də müharibənini gedişatında Ermənistan rəhbərliyi dəfələrlə KTMT-dən dəstək alacağı, habelə təşkilatda Azərbaycan əleyhinə qərarların qəbul ediləcəyi barədə açıqlamalar vermişdilər. Lakin İrəvan rəhbərliyinin bu vədlərinin xülyadan başqa bir şey olmadığı üzə çıxdı.
Dövlətimizə olan bu dəstəklər cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasətin, mükəmməl diplomatiyasının bəhrəsidir. Müzəffər Ali Baş Komandan yalnız hərbi sahədə deyil, siyasi sferada da Ermənistanı ağır məğlubiyyətə uğradıb. Prezident İlham Əliyevin regional və dünya miqyasında yürütdüyü uğurlu xarici siyasət Azərbaycanın dünya ölkələri ilə səmərəli ikitərəfli və çoxtərəfli əməkdaşlığını daha da dərinləşdirib. Bu isə aparıcı dövlətləri Azərbaycanın təkcə iqtisadi sahədə deyil, siyasi, hərbi sferalarda da müttəfiqinə çevirib. Son nəticə isə göz qabağındadır: - Ermənistanın KTMT-yə olan ümidləri boşa çıxıb, planları fiaskoya uğrayıb.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

