Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Qalib xalqın Qalib partiyasıdır
19.11.2021 [12:20]
“1990-cı illərin əvvələrində Azərbaycanda daxili hərc-mərclik, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə, özbaşınalıq, idarəçilikdə xaos hökm sürürdü. Eyni zamanda bu dönəmdə Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Ölkəmizi bu çətinliklərdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması tarixi zərurətə çevrilmişdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısı ölkəni böhrandan çıxarmaq üçün yeni bir siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdü. Təşəbbüsün reallaşdırılması üçün 91 nəfər Azərbaycan ziyalısının imzası ilə xalqımızın müdrik, uzaqgörən, tanınmış dövlət xadimi Ümummilli Lider Heydər Əliyevə müraciət göndərildi. Hər zaman xalqını düşünən və xalqının yanında olan Ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsi möhtəşəm hadisə kimi tarixə düşərək Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu: “Qısa müddət ərzində xalqın məhəbbətini qazanmış, ümid yerinə və ümumxalq partiyaya çevrilən Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı sürətli artmış və bu gün də artmaqda davam edir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası ölkəmizin dayanıqlı inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycanın qazandığı hər bir uğurda Yeni Azərbaycan Partiyasının rolu və imzası vardır. Ötən 29 ildə çətin, uğurlu və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin dediyi ki “dünənin, bu günün və sabahın partiyası”na çevrilib”.
“Ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, qətiyyəti və ideyaları əsasında yaradılmış Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin rəhbərliyi nəinki Azərbaycanın, bütünlükdə Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyasına çevrilib” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Yeni Azərbaycan Partiyası Qalib xalqın Qalib partiyasıdır. Əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da bir çox qələbələrə imza atacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10

