Türk birliyinə mühüm töhfələr verən lider
16.11.2021 [11:59]
Tofq Cahangirov
YAP İdarə Heyətinin üzvü
Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının VIII Zirvə Görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Öncə qeyd edək ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə müşahidəçi ölkə olan Macarıstanın Baş naziri Viktor Orban iştirak edirdi. Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov da müşahidəçi nümayəndə status ilə ilk dəfə sammitə qatılmışdı.
"Elektron dövrdə yaşıl texnologiyalar" və Ağıllı şəhərlər" mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məsələləri, eləcə də təşkilatın gələcək fəaliyyəti ilə bağlı planları müzakirə etdilər. Sammitdə Türk Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verildi. Həmçinin təşkilata sədrlik Azərbaycandan Türkiyəyə keçdi.
Sammitdə Prezident İlham Əliyev Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edildi. Qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzaladılar. Dövlət başçımızın bu ali mükafata layiq görülməsi çox qürurverici hadisə idi.
Bu mükafat Prezident İlham Əliyevin türk dünyasına xidmətlərinin yüksək səviyyədə dəyərləndirildiyinin təsdiqi oldu. Təbii ki, Azərbaycanın dövlət başçısının Türkdilli dövlətlərin maraqlarının beynəlxalq miqyasda qorunması, müdafiə edilməsində mühüm xidmətləri var. Türkdilli dövlətlərin əməkdaşlığının genişlənməsində, onların yaxınlaşmasında Azərbaycan liderinin rolu danılmazdır.
Xarizmatik, prinsipial bir lider kimi onun yüksək nüfuzu da bu sırada xüsusi qeyd edilməlidir.
Ən vacib məqamlardan biri də Prezident İlham Əliyevin rəhbərliyi altında qədim türk torpağı olan Qarabağın işğaldan azad edilməsindir. Qarabağın azadlığı bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbə olmaqla yanaşı həm də bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsini gündəmə gətirdi və bu layihənin reallaşması üçün hazırda mühüm addımlar atılır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə mühüm bir mesaj vermişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”.
Bu gün artıq reallığa çevrilən Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Bu baxımdan da Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Qarabağda qazandığı zəfər bütövlükdə Türk dünyasında birliyin, həmrəyliyin daha da güclənməsinə stimul, nümunə oldu.
Zəngəzur dəhlizinin işə düşməsindən sonra türk dünyası arasında bağlılıq daha da artacaq, türkdilli ölkələr arasında yük və sərnişin daşımalarının həcmi yüksələcək.
Hazırda Türk Dövlətləri Təşkilatının üzv ölkəlri üçün yeni reallıqlar, yeni imkanlar açılır. Füzulidə Beynəlxalaq Hava limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizi, Qarabağda aparılan genişmiqyaslı quruculuq-bərpa işləri bu dövlətlərin əməkdaşlığı üçün çox önəmlidir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan dost, qardaş ölkələri bu proseslərə qoşulmağa dəvət edir. Çünki onlar da bu yeniliklərdən bəhrələnə biləcək. Yeni kommunikasiyaların açılması, eyni zamanda türk dövlətlərini bir-biri ilə qovuşduracaq, əlaqələri daha sıxlaşdıracaq.
Beləliklə, 1920-ci ildə sovetlər hakimiyyətinin Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməsi ilə aradan qalxan türk dünyasının coğrafi bağlantısı hazırda yenidən bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir və heç şübhəsiz ki, Türk Dövlətləri Təşkilatı qarşıdakı müddətdə qlobal layihələrə imza atacaq.
Xəbər lenti
Hamısına baxSosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08
Sosial
12 Yanvar 16:06
YAP xəbərləri
12 Yanvar 15:29
Gündəm
12 Yanvar 15:22
YAP xəbərləri
12 Yanvar 15:13
Hərbi
12 Yanvar 14:21
İqtisadiyyat
12 Yanvar 14:06
Sosial
12 Yanvar 13:11
İqtisadiyyat
12 Yanvar 13:10
İqtisadiyyat
12 Yanvar 13:10
Hadisə
12 Yanvar 13:09
İqtisadiyyat
12 Yanvar 12:47
Müsahibə
12 Yanvar 12:45
Hadisə
12 Yanvar 12:02
YAP xəbərləri
12 Yanvar 11:42
Siyasət
12 Yanvar 11:36
İdman
12 Yanvar 11:30
Dünya
12 Yanvar 11:25
Dünya
12 Yanvar 11:18
YAP xəbərləri
12 Yanvar 11:17
Dünya
12 Yanvar 11:15
YAP xəbərləri
12 Yanvar 11:11
İdman
12 Yanvar 11:09

