Göyçəyə yol Aşağı Şorcadan keçir
29.01.2026 [12:07]
Hər bir insan harada yaşamasından, çalışmasından asılı olmayaraq onun üçün ən müqəddəs yer, isti ocağı böyüyüb başa-çatdığı kəndi, doğma el-obasıdır.
Böyüdüyüm, həyatımın ən şirin və unudulmaz anlarını yaşadığım Aşağı Şorca kəndi mənim heç vaxt silinməyən zəngin həyat salnaməm, qibləgahımdır.
Əziz ellilərim, bu yazıda ən saf və səmimi duyğularımı sizinlə bölüşmək istəyirəm...
Aşağı Şorca kəndi Göyçə mahalının ən qədim türk məskənlərindən biridir. Kəndin tarixinin 1830-cı illərə təsadüf etdiyi barədə məlumatlar var. O dövrdə Çar Nikolayın tapşırığı ilə Çəmbərək ərazisində yerləşən Şorca kəndinə malakanlar yerləşdirilib və burada yaşayan azərbaycanlılar sıxışdırılıb, onlar indiki Aşağı Şorça ərazisinə gələrək buranı bəyəniblər. əvvəlki kəndin adını yaşatmaq üçün ərazini Aşağı Şorca adlandırıblar. Əsrarəngiz təbiətə malik olan Aşağı Şorca kəndi Şərqi Göyçə silsiləsinin suayrıclarında, dəniz səviyyəsindən 2250–2400 m yüksəklikdə yerləşir. Bu kənd Kəlbəcərlə həmsərhəddir.
Kəndin ərazisindən axan Cələnin çayı, Yelli dərə çayı həyat mənbəyi idi. Soyuq bulaq, Qıvla bulağı, Baheyin bulağı və digərlərinin suyu mineral tərkibinə görə dünyanın ən yaxşı içməli suları sırasına daxildir. Pişik dərəsində keçirdiyimiz günlər uşaqlıq xatirimdə silinməz izlər buraxıb.
170-180 evdən ibarət kəndin kimliyini daşıyan Dəmirçilər, Qaşxəmmədlilər, Niyazlılar, Zurnaçılar, Aloylar, Məşədallar, İvoylar,Topalhasanlılar, Qaravəllər nəsli-tayfasının davamçıları olan Camal kişi, Dəmirçilərin Orucu, Qara Vəli kimi sözünü deyən bu ağsaqqallar vaxtilə Ermənistan hökuməti qarşısında kəndin problemlərinin həlli istiqamətində söz sahibi olublar.
İlk ibtidai sinif müəllimim Dəmir müəllimin əlindəki söyüd çubuğunun izləri və arada bir qulağımızı uzatmağı və riyaziyyat müəllimimiz Səftər müəllimin bizi zəif oxuduğumuza görə qışın qarlı-boranlı çağlarında süründürməyi gözlərim önündə canlanır. Bunların hər biri bizim yaxşı oxumağımız və gələcəkdə təhsil almağımız üçün “təhsil üsulu” idi.
Əziz müəllimlərimdən Tərifə və Mehri müəllimənin bizə Azərbaycan dilinin səlisliyini, şirinliyini öyrətməsi də həmişə qəlbimizdədir.
Bir məsələyə də toxunmaq istəyirəm, kəndimizdə quzu-qoyun otarmaqda ad-san qazanmış İsə Qurbanov bizə müəllimlərimiz qədər həyat dərsi öyrədib, zəhmətə alışdırıb. Onun rəhbərliyi altında mən də 10 il quzu otarmışam. Arada məni danlayıb deyirdi ki, oxumasan mənim kimi günlərini yağışda- qarda çöllərdə keçirəcən, hərdən hirslənəndə qamçılayır, qulağımı dartardı. Bu günkü vəziyyətimə və cəmiyyətdə yer tutduğuma görə, valideynlərimə, müəllimlərimə və İsə kişiyə borcluyam.
Taxıl uyütdüyüm Çovdar kişinin və Abbas kişinin su dəyirmanlarının çax-çax səsi hələ də qulağımdadır. O taxıldan. undan bişirdiyimiz çörəyin iyi və dadı unudulmur, onun həsrətini çəkirik.
Kəndimizin sənətkarları da az deyildi, Papaqçı Söyün, dülgərlərdən Dəmirçilərin Bəhrəmi, Baheyin Bəhrəmi kəndlə yanaşı. Başqa yerlərdə də sənəti ilə tanınırdı.
Kəndin dəlləyi, Böyük Vətən müharibəsi iştirakçısı olan dədəm İdris kişi təkcə kəndimizdə yox, qonşu kəndlərdə, eləcə Kəlbəcərin kəndlərində sünnət ustası kimi məhşur idi.
Kənddə uşaqların sağ-salmat dünyaya gəlməsində Qizyetər nənənin şəfalı əlləri haqqında həmişə danışardılar. Onun dəfələrlə bizdə olması da xatirimdədir.
Kəndin aşıqlarından Aşıq Bəylər, Aşıq İslam, Açıq İdrisin, zurnaçılar dəstəsindən Nağı, Məhərrəm, Məmmədxanın havalandırdığı həzin musiqinin səsi dağlardan səs salaraq qonşu kəndlərdə eşidilirdi.
Onu da qeyd etmək lazımdır ki. balaca bir kənddən 6 nəfər tibb elmləri üzrə. 8 nəfər tarix-fəlsəfə, 2 nəfər biologiya üzrə, 2 nəfər filologiya üzrə. 1 nəfər riyaziyyat, 1 nəfər siyasi elmlər üzrə alimlik elmi dərəcəsi almışdır.
Tibb elmləri doktoru, professor Nəsib Quliyevin Azərbaycan səhiyyəsi qarşısındakı xüsusi xidmətlərinin isə təqdimata ehtiyacı yoxdur.
Vaxtilə Milli Məclisin deputatları olmuş Vaqif Abdullayev, Sahib Alıyev Ramin Məmmədov Aşağı Şorçanın yetirmələridir.
Kəndin yetirmələri bu gün də yüksək dövlət vəzifələrində çalışırlar.
Sadaladıqlarımın içərisində hər kəsi qeyd etmək olmur, kəndin sakinlərinin hamısı mənim üçün əzizdir.
Əlbəttə, erməni vandallarının 1988-ci ildə Qərbi Azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər işğaçlılıq addımları bizim kənddən də yan keçmədi. Sərt qış aylarında məcbur olub Kəlbəcər dağlarını aşaraq Azərbaycana üz tutduq.
Hərəmiz bir tərəfə səpələnsək də Vətən üçün daim bir yumruq olduq. 44 günlük Vətən Müharibəsində gənclərimiz silahlanaraq cəbhəyə yollandı, neçə-neçə şəhidlər verdik. Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov, Sakin Abbasov, Maksim Məmmədov, Zabit Əliyev, Qiyas Rzayev kimi şəhidlərimiz bizim fəxrimiz, qürur mənbəyimizdir.
Şəhid anası Minayə Abbasovanın gənc nəslə milli vətənpərvərlik duyğularının aşılanması, adət-ənənələrimizlə bağlı tədbirlərin keçirməsi üçün bir nümunə, örnəkdir.
... Bu kənd bizə hər şey verdi. Hər şeyi bəxş elədi. Suyundan, torpağından bəhrələndik. Təəssüf ki. bu kənd üçün heç nə edə bilmədik. Ona görə də, hər birimizin müqəddəs borcu gənc nəslə kəndimizin keçmişi, adət-ənənləri, zəngin irsi barədə məlumatlar verməkdir.
Şükürlər olsun ki, torpaqlarımız azad olundu, sanki kəndimizin də azadlığı üçün günəş doğdu.
Cənab Prezident 2021-ci ilin avqust ayında Kəlbəcərə səfəri zamanı əlini Basarkeçərə uzadaraq “Yolumuz Göyçəyədir” dedi.
... Əlbəttə Göyçəyə yol Aşağı Şorcadan keçir.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53

