/ / Deputat Elnarə Akimovanın təşəbbüsü ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir keçirilib
Deputat Elnarə Akimovanın təşəbbüsü ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir keçirilib
30.05.2025 [10:22]
Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın təşəbbüsü ilə mayın 29-da Sumqayıt şəhər Sağlamlıq İmkanları məhdud uşaqlar üçün Xüsusi məktəbdə İ İyun Uşaqları Beynəlxaq Müdafiə günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə uşaqların əl işi nümayiş olunub, onların yaradıcı potensialının təzahürləri sərgilənib.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Arzu Alizadə qonaqları salamlayaraq belə tədbirlərin uşaqlara motivasiya olduğunu, onlara müsbət əhval-ruhiyyə aşıladığını qeyd edib, ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində məktəbin və sağlamlıq imkanları məhdud uşaqların daim sevgi ilə əhatə olduğunu diqqətə çatdırıb. Tədbir uşaqların ifasında müxtəlif rəqslər, şeir və musiqi ifalarının təqdimatı ilə davam edib. Sonra söz Milli Məclisin deputatı Elnarə Akimovaya verilib.
Deputat Elnarə Akimova çıxış edərək bildirib ki, “Bu gün burada sizinlə birlikdə olmaqdan böyük bir qürur və sevinc hissi keçirirəm. Bu tədbir – sevgi, anlayış, dəstək və birlik tədbiridir. Bugünkü görüşümüz, hər bir fərdin cəmiyyətimiz üçün nə qədər dəyərli olduğunu bir daha xatırladır.
Əziz uşaqlar! Sizlər həyatın içində mübarizə aparmağın, güclü olmağın və ümid etməyin nə olduğunu bizlərə göstərirsiniz. Sizin hər biriniz öz iradəniz, istedadınız və böyük ürəyinizlə əsl qəhrəmansınız. Fiziki qüsur heç zaman bir insanın dəyərini müəyyən etmir. Əsas olan, insanın daxili dünyası, xəyalları və həyata baxışıdır. Sizlər bu dünyaya rəng, dərinlik və ilham gətirirsiniz.
Əziz müəllimlər! Sizlərə xüsusi təşəkkür düşür. Sizin göstərdiyiniz sevgi, səbr və fədakarlıq hər bir uşaq üçün dayaq, bizim üçün isə örnəkdir. Sizlər fədaisiniz! Bizim vəzifəmiz – bərabərlik prinsiplərinə sadiq qalmaq, imkanları hər kəs üçün əlçatan etmək və bütün uşaqlarımızın öz potensialını tam şəkildə reallaşdıra bilməsi üçün şərait yaratmaqdır. Cəmiyyətin inkişafı üçün hər bir fərdin dəstəyi, iştirakı və dəyəri vacibdir. Siz həyatda müəyyən çətinliklərlə qarşılaşa bilərsiniz, amma unutmayın – güc məhz bu çətinliklərə rəğmən addım ata bilməkdədir. Sizin hər biriniz bir ümid simvolusunuz. Sizin xəyallarınız – bizim gələcəyimizdir. Biz inanırıq ki, sizə yaradılan doğru dəstək və şərait sayəsində hər biriniz cəmiyyətimizin fəal, uğurlu və xoşbəxt üzvünə çevriləcəksiniz”!
Millət vəkili Elnarə Akimova daha sonra təşəbbüsünü dəyərləndirdiyi üçün Sumqayıt şəhər Sağlamlıq İmkanları məhdud uşaqlar üçün Xüsusi məktəbin direktoru Arzu Alizadəyə və onun müəllim kollektivinə, eləcə də Sumqayıt şəhər V.İbrahim adına 35 saylı tam orta məktəbin müəlliməsi Nigar Vəliyevaya öz minnətdarlığını bildirib.
Sonra Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ilə birgə uşaqlara hədiyyələr təqdim olunub və uşaqların rəqsi ilə tədbir yekunlaşıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39

