Qənimət Zahid istintaqa çağırılacaqmı?
17.03.2025 [13:39]
Ölkəmizdə xaricdən maliyyələşən casus şəbəkələri, bu şəbəkələrin üzvləri ifşa edilir. Son günlər Avropanın müxtəlif şəhərlərində gizlənib, dövlətimizə qarşı şər-böhtan kampaniyası aparan bir sıra şəxslər Baş Prokurorluğa çağırılıb. Məlumata görə, Qurban Məmmədov, Tural Sadıqlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar ediblər.
Baş Prokurorluq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən bu şəxslərin çağırışa gəlmədikləri halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barələrində qiyabi icraat açıla biləcəyi barədə xəbərdarlıq edib. O da qeyd edilib ki, bu, onların barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Məsələ təkcə yuxarıda adları sadalananlarla bitmir. Xarici ölkələrin xüsusi xidmət orqanları Azərbaycanda bir sıra sahələrə nüfuz edə biliblər. Vaxtaşırı mətbuat sahəsində də bununla bağlı bir sıra əməliyyatlar keçirilib: SalamNews informasiya agentliyinin, “İnteraz”, “Toplum TV”, “Meydan TV”-nin ifşası buna misaldır. İki öncə İranın xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınan şəxslər saxlanılan zaman etiraf etmişdilər ki, Azərbaycan ərazisində sabitliyin pozulması istiqamətində cinayət əməlləri törədilməsinə hazırlıq işləri görüblər.
Qeyd edək ki, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş terror hadisəsi isə İran casus şəbəkəsinin ifşası prosesini labüd etdi. Deputata atılan güllə hələ də İranın ölkəmizdə gizli "hücrələrinin" varlığından xəbər verirdi. Hər hansı bir məlumatı olan vətəndaşlarımız məsuliyyətli davranaraq bu şəbəkələrin ifşasında fəal rol oynamağa çalışdı. Təbii ki, xalq olaraq dövlətimizin təhlükəsizliyinin təminatı bizim üçün ən mühüm şərtdir. Bu mənada, hər kəs bildiyi qədər hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyi özünə borc bilir.
“Yeni Azərbaycan” qəzetinin 07.04.2023-cü il tarixli sayında dərc edilmiş “AXCP üzvü casus şəbəkələrinin ifşasına yaxından kömək göstərə bilərmi?” başlıqlı məqalədən bəzi faktları diqqətinizə çatdırırıq:
Qənimət Zahid etiraf etmişdi…
Vaxtilə AXCP-nin rəsmi orqanı kimi tanınan "Azadlıq" qəzetinin baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahidin İranla bağlı fəaliyyəti hamıya məlumdur. O zamankı mətbuatın yazdıqlarından və həmin günlərin canlı şahidlərinin bildirdiklərindən də bəlli olduğu kimi, 1998-ci ildə Qənimət Zahid gözlənilmədən İran İslam Respublikasına səfər etmiş, səfərdən sonra mətbuat konfransı keçirmişdi. Həmin mətbuat konfransında İran xüsusi xidmət orqanlarının nümayəndələrinin onu pul müqabilində ələ aldıqlarını dilə gətirmişdi. Beləliklə, Qənimət Zahid də bu əməkdaşlığa razılıq verib, hansısa müqaviləni imzalayıbmış. Hətta bununla bağlı o zamanın "ANS" televiziyasının "Nəzər nöqtəsi" proqramına geniş müsahibə verən Q. Zahid İran xüsusi xidmət orqanlarının onunla əməkdaşlığı hansı istiqamətlər üzrə qurmaq istədiklərini də bəyan eləmişdi. Sonradan onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlığının davam edib-etməməsi haqqında isə bu gün fikir söyləmək bir qədər təzadlıdır. Amma Q. Zahidin o dövrdəki "əməkdaşlıq münasibətləri"nin detallarının bu günün rakursunda mühüm əhəmiyyət daşıdığını əsas kimi götürmək yerinə düşər.
Qənimət Zahid bildiklərini istintaqla paylaşmalıdır…
Sonradan Fransaya köçüb, orada fəaliyyət göstərən Q. Zahidin həmin vaxt etiraf etdiyi İranla işbirliyinin detalları bu gün Fazil Mustafaya sui-qəsdin araşdırılmasında, o cümlədən digər şəbəkələrin ifşa edilməsində mühüm rol oynaya bilər. Bu mənada, Q.Zahidin istintaqla əməkdaşlıq etməsi də vacib şərt kimi qoyulmalıdır. Ən azından Qənimət Zahid vaxtilə imzaladığı əməkdaşlıq müqaviləsində (özünün etiraf etdiyinə görə – red.) əks olunan detalları, həmin dövrdə İran xüsusi xidmət orqanlarına işləyən başqa kimlərisə tanıdığını və ya əlaqəsini, sonradan bu işə cəlb olunan şəxslərlə hansısa əlaqəsinin olmasını istintaqa söyləyə bilər…
Görünən odur ki, vətənini, xalqını, dövlətini maddiyata satanların aqibəti heç də ürəkaçan deyil. Gec-tez gizləndikləri yuvalardan çıxmağa məcbur olacaq, layiqlicəzalarını alacaqlar
P.S. Dövlətimizə qarşı yaradılmış və bir-biri ilə əlaqədə olan şəbəkə üzvlərindən olan Qənimət Zahidin adının da yuxarıda sadalananlarla bir sırada olması şərtdir. Onun istintaqa cəlb ediləcəyi isə sadəcə zaman məsələsidir...
Xəbər lenti
Hamısına baxDünya
02 Fevral 23:36
YAP xəbərləri
02 Fevral 23:12
İqtisadiyyat
02 Fevral 22:51
Dünya
02 Fevral 22:37
YAP xəbərləri
02 Fevral 22:19
Dünya
02 Fevral 21:53
YAP xəbərləri
02 Fevral 21:23
İqtisadiyyat
02 Fevral 21:08
Sosial
02 Fevral 20:50
YAP xəbərləri
02 Fevral 20:35
Sosial
02 Fevral 20:19
Gündəm
02 Fevral 20:15
Dünya
02 Fevral 20:12
Dünya
02 Fevral 19:49
Xəbər lenti
02 Fevral 19:32
YAP xəbərləri
02 Fevral 19:16
YAP xəbərləri
02 Fevral 18:28
YAP xəbərləri
02 Fevral 16:55
Gündəm
02 Fevral 16:39
Elanlar
02 Fevral 16:25
Dünya
02 Fevral 16:21
Dünya
02 Fevral 15:21
İdman
02 Fevral 15:07
Sosial
02 Fevral 14:54
Sosial
02 Fevral 14:51
Hadisə
02 Fevral 14:51
YAP xəbərləri
02 Fevral 14:26
Dünya
02 Fevral 14:17
YAP xəbərləri
02 Fevral 14:08
YAP xəbərləri
02 Fevral 14:07
YAP xəbərləri
02 Fevral 14:03
YAP xəbərləri
02 Fevral 13:57
YAP xəbərləri
02 Fevral 13:49
YAP xəbərləri
02 Fevral 13:25
YAP xəbərləri
02 Fevral 12:44
YAP xəbərləri
02 Fevral 12:41
İqtisadiyyat
02 Fevral 12:23
İqtisadiyyat
02 Fevral 12:22
Hadisə
02 Fevral 12:22
Dünya
02 Fevral 12:21
Sosial
02 Fevral 12:21
YAP xəbərləri
02 Fevral 12:08
YAP xəbərləri
02 Fevral 12:07
YAP xəbərləri
02 Fevral 11:59
YAP xəbərləri
02 Fevral 11:48
Dünya
02 Fevral 11:45
Gündəm
02 Fevral 11:41
Dünya
02 Fevral 11:19
Siyasət
02 Fevral 11:11
YAP xəbərləri
02 Fevral 11:07
Gündəm
02 Fevral 10:57
Dünya
02 Fevral 10:56
Dünya
02 Fevral 10:23
YAP xəbərləri
02 Fevral 10:01
YAP xəbərləri
02 Fevral 09:59
Dünya
02 Fevral 09:41
Gündəm
02 Fevral 09:40
Gündəm
02 Fevral 09:29
YAP xəbərləri
02 Fevral 09:26
Dünya
02 Fevral 09:15
Dünya
02 Fevral 08:52
Hadisə
02 Fevral 08:27
Hadisə
02 Fevral 08:10
Gündəm
02 Fevral 08:00
Dünya
02 Fevral 07:52
Hadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37

