Batumidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
20.01.2025 [21:36]
Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulluğu və SOCAR Kulevi Neft Terminalının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov xalqımızın qəhrəmanlıq tarixinə nəzər salıb, 1990-cı il yanvarın 20-də baş vermiş faciənin başvermə səbəbləri barədə danışıb. Bildirib ki, 35 il bundan əvvəl baş vermiş bu hadisə xalqımızın yaddaşına əbədi həkk olunub. Bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının tarixində şanlı qəhrəmanlıq səhifəsidir. Faciə qurbanları heç vaxt unudulmayacaq.
Diplomat qeyd edib ki, hadisə baş verən günün səhəri xalqımızın Ümummilli Lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib, Bakıda törədilən hərbi cinayətə etirazını bildirib, günahkarların cəzalandırılmasını tələb edib və etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxdığını bildirib.
Tədbirdə baş konsulluğun əməkdaşları, SOCAR Kulevi Neft Terminalının rəhbəri İlqar Əli-zadə başda olmaqla terminalın kollektivi, ictimaiyyət nümayəndələri və soydaşlarımız iştirak ediblər.
Anım mərasimində 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş qırğının nəticələri və onlara qarşı müqavimət göstərən cəsarətli dənizçilərimiz haqqında, həmçinin qanlı yanvar nəticəsində milli azadlıq, müstəqillik yolunda şəhid olanların qəhrəmanlığından bəhs edən sənədli film nümayiş etdirilib.
Matəm günündə Azərbaycanın Batumidəki Baş Konsulluğunun binasında dövlət bayrağı yarıya qədər endirilib.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

