Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

15.01.2025 [22:12]

Qazaxıstan Nəqliyyat Nazirliyinin Aviasiya qəzasının araşdırılması üzrə Komissiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq bütün faktlar və materiallar ətraflı öyrənildikdən sonra ilkin hesabat dərc edəcək.

Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin hesabatda müəyyən edilmiş faktiki məlumatlar və araşdırmanın gedişi ilə bağlı məlumatlar təqdim ediləcək.

Həmçinin bildirilir ki, şifrəsi açılmış registrator məlumatları Qazaxıstana gəlib və mütəxəssislər tərəfindən öyrənilir.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya qəzalarının tədqiqi və qarşısının alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

Paylaş:
Baxılıb: 551 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31