Şəkidə Beynəlxalq Simpoziumda oftalmologiya sahəsindəki tədqiqatlar müzakirə olunub
27.10.2024 [16:26]
Oktyabrın 25-26-da Şəkidə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə II Beynəlxalq Oftalmoloji Simpozium keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın tanınmış alimlərinin, Bakı və regionlarda fəaliyyət göstərən həkimlərin, həmçinin Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistandan gəlmiş oftalmoloqların iştirak etdiyi simpoziumda oftalmologiyada qabaqcıl tədqiqatlar və klinik təcrübələr barədə müzakirələr aparılıb, məruzə və çıxışlar dinlənilib.

Simpoziumun məqsədi oftalmologiya sahəsindəki son yenilikləri və nailiyyətləri müzakirə etmək, beynəlxalq təcrübələri öyrənmək, təkliflər irəli sürmək, həmçinin regionun, eləcə də xarici ölkələrin oftalmoloqlarının bu yeniliklərdə iştirakını təmin etməkdən ibarət olub. Eyni zamanda, oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması simpoziumun əsas mövzuları sırasında yer alıb.
Simpoziumun açılışında Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin (TCOD) fəxri sədri Sunay Duman və TCOD-un baş direktoru professor Öner Gelişken tədbirin məqsədi və əhəmiyyəti barədə danışıblar. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) ilə Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi arasında olan əlaqələrin oftalmologiya sahəsində tibb elminin inkişafına və təcrübə mübadiləsinə böyük töhfə verdiyi vurğulanıb. Türkiyəli alimlər bu əlaqələrin iki xalq arasında dostluq və əməkdaşlığı daha da gücləndirdiyini xüsusi qeyd edibər.

Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova belə beynəlxalq simpoziumların Azərbaycan oftalmologiyasının inkişafına və ölkələrarası elmi əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva cəmiyyətin fəaliyyəti, ölkədə oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması istiqamətində görülən işlərdən bəhs edib. Görmə qabiliyyəti məhdud olan şəxslərin sayının azaldılması və korluğun qarşısının alınması üçün mühüm addımların atıldığını qeyd edən Y. Abdıyeva, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti haqqında da geniş məlumat verib. Qeyd olunub ki, səyyar klinika tərəfindən işğaldan azad olunmuş Laçın, Zəngilan və Füzuli rayonlarında uğurlu aksiyalar həyata keçirilib. O, bu təşəbbüslərin davamlı olacağını və yaxın gələcəkdə Xankəndi və Şuşada da keçiriləcəyini diqqətə çatdırıb.
Simpoziumda “Qlaukoma zamanı minimal invaziv əməliyyatlar”, “Sadədən mürəkkəbə keratoplastiyalar”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının 5 illik fəaliyyətinin təhlili”, “Üzdəki epilyasiyadan sonra lazerin səbəb olduğu ağır makula atrofiyası”, “Buynuz qişa perforasiyasının idarə edilməsi”, “Uşaqlarda travmatik kataraktanın cərrahi müalicəsi” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

