Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
26.08.2024 [00:59]
Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak edib.
Yürüşə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.
Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş edib.
Paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyib. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edib. Bakının küçələrini bəzəyən retro nəqliyyat vasitələri şəhər sakinləri, paytaxtımızın qonaqları və klassik avtomobil həvəskarlarının adətən köhnə kinolentlərdə gördüyü kadrları real həyatda canlandırıb.
Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti - Ağ Şəhər - Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şosesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.
Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb.
“Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.
Nominasiyalarla yanaşı qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib.
Konsertdə sevilən müğənnilər Aysel, Dilarə Kazımova, Xəyyam Nisanov, Elnur və Nigar, Murad Arif, Nura Suri, Rilaya Hüseynzadə, Zamiq Hüseynov çıxış ediblər.
Ölkəmizdə avtomobil həvəskarlarının marağına səbəb olan, o cümlədən avtomobil idmanı sahəsinin inkişafına yönələn müxtəlif tədbirlər keçirilir. Bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti xüsusi qeyd edilə bilər
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

