Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lerikdə yol qəzası baş verib, xəsarət alanlar var

Lerikdə yol qəzası baş verib, xəsarət alanlar var

24.08.2024 [16:37]

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lerik rayonunun ucqar dağ kəndi olan Qışlaq ərazisində baş verib. 

Lerik rayon Hamarat kənd sakini, 1958-ci il təvəllüdlü Şirvan Xaliq oğlu Yusubov idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı dağa çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olanlar - 1998-ci il təvəllüdlü Cavid Raqib oğlu Dadaşzadə və 1967-ci il təvəllüdlü Mirzə Miri oğlu Ağayev xəsarət alıblar. Hər üç yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30