Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub
19.08.2024 [22:06]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.
AZƏRTAC-ın xəbərinə görə, Qobustanda “Diri Baba” türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. “Diri Baba” türbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Bu tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.
Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılır.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltaraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15

