“Yay Fest” öz əyləncəsi ilə davam edir
16.08.2024 [19:29]
Azərbaycan gənclərini bir araya toplayan "Yay Fest" uğurladavam edir. Əyləncəli, öyrədici və dinamik atmosferdə yenidən başlayan festivalın 5-ci düşərgəsi artıq yekunlaşır. Bu il ümumilikdə 2000-dən çox gəncin iştirak edəcəyi "Yay Fest" Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Çadır tipli düşərgə formatında baş tutan "Yay Fest"-in başlıca məqsədi, dövlət gənclər siyasətinə uyğun olaraq, gənclərə müxtəlif sahələrdə geniş imkanlar yaratmaq və onların inkişafına kömək etməkdir. Bununla yanaşı, gənclərin asudə vaxtlarını səmərəli və maraqlı keçirmələrini təmin etmək, müxtəlif bölgələrdən gələn gənclərin şəbəkələşməsinə dəstək olmaqdır.
Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, bu ilki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.
İyulun 15-dən etibarən başlayan "Yay Fest"in 5-ci düşərgəsi gənclər üçün unudulmaz, əyləncəli, yadda qalanvə öyrədici olub. Beynəlxalq Gənclər Gününü də özünü əhatə edən düşərgə proqramında gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb. Həmçinin, “Yay Fest”in 5-ci düşərgəsində qardaş Türkiyədən olan gənclər də iştirak edib. Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ekoloji təhlükəsizliyə məsuliyyətli yanaşmasını təşviq edib. Açıq havada təşkil olunan ekoloji oyunlar, komanda işləri, hayking və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Gənclər üçün hər axşam konsert və əyləncə proqramları təşkil olunub. Həmçinin, düşərgə iştirakçıları qardaş Türkiyənin gəncləri, müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və əyləncəli proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm dəşəxsi və peşəkar inkişafına töhfə verib.
Gəncliyin enerji dolu atmosferi olan "Yay Fest" gənclər üçün əyləncə və dinamik bir mühit yaratmaq üçün öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival 2 ay ərzində davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq. Ötən illərdə olduğu kimi bu il də tematik mövzulara uyğun
ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.
"Yay Fest" barədə məlumat əldə etmək, maraqlı, əyləncəli proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün "Yay Fest"in "Instagram" ( www.instagram.com/yayfest.az/) səhifəsini izləyin.
Ölkənin ən böyük gənclər festivalının bir parçası olmaq, unudulmaz anlarını yaşamaq üçün "Yay Fest"ə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18

