Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MSK sədri: 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

MSK sədri: 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

08.08.2024 [18:01]

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1508 nəfər müraciət edib, 1462 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i seçkilərdə iştirak edəcək. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media subyektlərinin nümayəndələri üçün keçirilən müşavirədə söyləyib.

“Deputatlığa namizədliyini irəli sürənlərdən 1420-si imza vərəqəsi alıb, 1197 nəfər isə imza vərəqələrini qaytarıb, 1030 nəfərdən çox şəxsin deputatlığa namizədliyi qeydə alınıb”, - deyə MSK sədri vurğulayıb.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30