COP29 Sədrliyi “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” mövzusunda dəyirmi masa keçirib
30.07.2024 [17:58]
Ölkəmizin cari ildə ev sahibliyi edəcəyi COP29 konfransına hazırlıq çərçivəsində özəl sektorun dayanıqlılıq səriştələrinin artırılması istiqamətində silsilə tədbirlərin davamı olaraq COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev və İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai tikinti sahəsində dövlət və özəl sektorun nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iyulun 30-da “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” mövzusunda baş tutan dəyirmi masada yerli və xarici tikinti şirkətləri, eləcə də aidiyyəti dövlət qurumları bir araya gəlib.
Görüşün məqsədi tikinti sahəsinin ətraf mühitə təsirləri nəzərə alınaraq yerli tikinti şirkətlərini, tikinti-istehsal müəssisələrini, xarici şirkət və ekspertləri, eyni zamanda, dövlət orqanlarının nümayəndələrini bir araya gətirməklə, dayanıqlı və sıfır karbonlu tikintiyə keçid istiqamətində əməkdaşlıq platformasının yaradılması olub. Tədbir zamanı dekarbonizasiya yolunda beynəlxalq imkanlar, aşağı emissiyalı tikinti materiallarına keçidin ekoloji faydaları və bu yolda potensial çətinliklər, dayanıqlı inkişaf və iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülmüş və planlaşdırılan işlər müzakirə olunub.
Dəyirmi masada COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, eləcə də BMT, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, yerli və qlobal miqyasda nüfuzlu tikinti şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nigar Arpadarai özəl sektorun milli iqtisadiyyatın sütunu olduğunu qeyd edərək tədbirdə iştirak edən biznes liderlərinin tikinti sektorunda dəyişikliyi təmin etməkdə mühüm rola malik olduqlarını vurğulayıb. N. Arpadarai COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq hədəfinin dekarbonizasiya yolunda olan yerli bizneslərə dəstək olmaq və özəl müəssisələrin səslərinin eşidilməsini təmin etmək olduğunu bildirib.
Toplantıda çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev tikinti sektorunun nümayəndələrinin iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində dövlətimiz tərəfindən ölkədə həyata keçirilən fəaliyyətlərə dəstək olaraq bu tədbirə qatılmalarını təqdir edib, sahibkarları Azərbaycanda dayanıqlı yaşıl tikinti mərhələsinin təşviq olunmasına töhfə verməyə çağırıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunmasına diqqət çəkib, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiq edildiyini, ekosistemin bərpa olunduğunu vurğulayıb: “Qarabağa “Böyük Qayıdış”la bağlı aparılan bərpa-quruculuq işləri regionun böyük potensialının olduğunu sübut edir. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesində ətraf mühitin qorunması əsas prirotetlərdəndir”.
Tədbir iştirakçıları ölkənin karbon emissiyalarının 1,5°C səviyyəsində məhdudlaşdırılma səylərini dəstəklədiklərini bildirilib, karbon emissiyalarının azaldılması ilə yanaşı, enerji səmərəliliyinin təkmilləşdirilməsində tikinti sektorunun rolunu anladıqlarını qeyd edərək, bu istiqamətdə öz davamlı töhfələrini verməyə hazır olduqlarını vurğulayıblar.
Dəyirmi masa çərçivəsində “PMD Qrup”, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, “Paşa Real Estate Qrup”, “6-cı mərtəbə”, “Aral Qrup”, “Hünər Qrup”, “SR Construction”, “Kristal Abşeron”, “Avant Qrup”, “Baku City Residence” nümayəndələri tərəfindən qlobal dekarbonizasiya hədəflərinə nail olunmasını nəzərdə tutan “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” üzrə bəyannamə imzalanıb. İmzalanan sənəd dekarbonizasiya hədəflərinin təşviqi, emissiyaların ölçülməsi və hesabatlılıq, eləcə də şəffaflıq və əməkdaşlığın təmin edilməsi, bilik və təcrübə mübadiləsi, iqlim fəaliyyətlərinin biznes modellərinə inteqrasiyası kimi müxtəlif öhdəliklər ətrafında kollektiv səylərə yönəlib.
Xəbər lenti
Hamısına baxHadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47

