Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb

Çində ticarət mərkəzində baş verən yanğında 16 nəfər ölüb

18.07.2024 [10:05]

Çinin Siçuan əyalətinin Ciqon şəhərində ticarət mərkəzinin yerləşdiyi binada baş verən yanğın nəticəsində 16 nəfər ölüb.

AZƏRTAC şəhərin yanğın və xilasetmə qərargahına istinadla xəbər verir ki, 14 mərtəbəli binada yanğın iyulun 17-də axşam saatlarında başlayıb. Alov binanın birinci mərtəbəsindən 6-cı mərtəbəsinə qədər sahəni əhatə edib. Yanğının söndürülməsinə 20 texnika, 100-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğın söndürüldükdən sonra gecə saat 3 radələrində axtarış-xilasetmə işləri başa çatıb, bina tam boşaldılıb, 75 nəfər təxliyə edilib.

İlkin ehtimala görə yanğın binada aparılan təmir işləri ilə əlaqədar olub.

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31