/ / Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib
Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib
04.06.2024 [12:46]
İyunun 4-də Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qonaq qismində iştirak edib.
İclasda çıxış edən Ə.Əsədov bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş dövlətlərlə ikitərəfli formatda sıx əlaqələri mövcuddur.
“Ən yüksək səviyyədə etibarlı və intensiv siyasi dialoq bunun bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan, Qırğızıstan və Belarus prezidentləri Azərbaycana dövlət səfərinə gəliblər, Azərbaycan Prezidenti isə Rusiyaya işgüzar səfər edib”, - deyə Baş nazir bildirib.
Vurğulanıb ki, Azərbaycanın tərəfdaş ölkələrinin hər biri ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə qarşılıqlı münasibətlərin mütərəqqi inkişafını təmin edən çox möhkəm ikitərəfli müqavilə-hüquq bazası yaradılıb.
İqtisadi-ticari əməkdaşlıq sahəsini qarşılıqlı fəaliyyətin prioritet istiqaməti adlandıran Ə.Əsədov qeyd edib ki, 2023-cü ilin yekunlarına görə Azərbaycanın Aİİ üzrə tərəfdaşlarla ticarət dövriyyəsi təxminən 9 faiz artıb.
Bildirilib ki, dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün hökumətlərin xətti üzrə ikitərəfli formatda iqtisadi-ticari əməkdaşlığın hələ istifadə olunmamış potensialının həyata keçirilməsi üçün müxtəlif variantlar işlənib hazırlanır.
Qarşılıqlı investisiya fəaliyyətinin müsbət dinamikasına diqqət çəkən Baş nazir qeyd edib ki, gündəmdə uzunmüddətli perspektivə yönəlmiş bir sıra yeni ikitərəfli investisiya layihələri var.
Nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığa toxunan Ə.Əsədov vurğulayıb ki, bu gün Azərbaycanın səyləri ölkənin tranzit potensialının gücləndirilməsinə və onun ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yük axınının artırılmasına yönəlib.
Etibarlı və müasir nəqliyyat infrastrukturu sayəsində Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin (BND), xüsusilə Şimal-Cənub və Şərq-Qərb BND-lərin inkişafına öz töhfəsini verir.
Yaşıl enerji sahəsində əməkdaşlığın və iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizənin aktuallığını vurğulayan Baş nazir, iclas iştirakçılarına Azərbaycanın bərpaolunan enerji resursları sahəsində uğurla həyata keçirdiyi layihələr barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Aİİ üzrə tərəfdaşlarla regional və beynəlxalq təşkilatlar çərçivəsində də çoxtərəfli formatda əməkdaşlıq edir.
“Hesab edirəm ki, ölkələrimizin üzv olduğu və geniş spektrli istiqamətlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərdiyi Müstəqil Dövlətlər Birliyi platformasını qeyd etmək yerinə düşər”, - deyə Ə.Əsədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

