Rediküllər bu dəfə “Avropa aşiqi” qiyafəsində...
15.05.2024 [10:26]
Ölkəmizdəki rediküllər düşərgəsində çox tez-tez sərsəm iddiaların səsləndirilməsi bir növ adət halını alıb. Belə “xoruz banı eşitməmiş” fikirlər düşərgəyə bir qayda olaraq AXCP sədri Əli Kərimli tərəfindən ötürülür. Sonradan isə onun Cəmil Həsənli, Qənimət Zahid, filankəs O.qızı, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı kimi çiyindaşları bu “tezisləri” özlərisayağı inkişaf etdirməkdən ötrü dəridən-qabıqdan çıxırlar.
Budur, AXCP sədri son olaraq Avropa mövzusu ilə gündəmə gəlib. Əli Kərimli özünü sözün əsl mənasında Avropa aşiqi qiyafəsində təqdim edir. O, fərqinə varmadan Avropa İttifaqını dünyanın “ən mütərəqqi siyasi layihələrindən biri” kimi təqdim edərək bildirir ki, rediküllər üçün Avropaya inteqrasiya Aİ-nin dəyər və prinsiplərini Azərbaycanda da üstün dəyər və prinsiplərə çevirməkdir.
AXCP sədrinin gündəmə gətirdiyi Avropa mövzusu onun bağlı olduğu Qərb dairələrinə yarınmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan öz kursunda qətiyyətli və ardıcıldır, müstəqil siyasətə malik olan dövlətdir. Kənardan ixrac olunan dəyərlər, prinsiplər burada keçərli deyil. Ölkəmiz üçün keçərli olan yeganə meyar isə milli maraqlarımızdır. Ölkənin, xalqın milli maraqları nəyi diktə edirsə, Azərbaycan dövləti də məhz siyasətini həmin istiqamətdə qurur. Bəli, son vaxtlarda bəzi idarə olunan Avropa təsisatları respublikamıza qarşı qərəzli yanaşmalar sərgiləyirlər. Azərbaycan isə susmur. Respublikamızın Azərbaycanafob dairələrə, ölkələrə və təsisatlara cavabı kifayət qədər sərt olur. Çünki biz həqiqəti deyirik, ədalət mövqeyindən çıxış edirik və qarşı tərəfdən də bunu istəyirik. Hazırda Azərbaycan “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu rol gələcəkdə daha da artacaq. Ancaq bu əməkdaşlıq, enerji dialoqu heç bir halda milli maraqlarımızın arxa plana keçməsi anlamında qəbul edilməməlidir. Necə ki, Əli Kərimli kimi rediküllər bunu məhz belə anlayıb qavrayırlar. Genişlənən əməkdaşlığa baxmayaraq, Aİ-yə üzv qəbul olunmaq ölkəmizin planlarına daxil deyil. Qardaş Türkiyənin təcrübəsi də göstərir ki, bu barədə planlar qurmağın heç bir perspektivi yoxdur.
Hazırda Əli Kərimlinin Avropa musiqisinə qol götürüb oynaması yada bəzi məqamları salır. Biz daim müşahidə etmişik ki, rediküllər mövcudluqları tarixində həmişə Azərbaycana aidiyyəti olmayan, ölkəmizə, xalqımıza düşmən münasibəti göstərən dairələrdə özlərinə dayaq axtarıblar. Bunun təsdiqi üçün yalnız bir neçə məqamı xatırlatmaq istərdik. Rediküllər zamanında Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlamışdılar. Onların Kremlə şanlı namə göndərmələrinin yeganə səbəbi şimal qonşumuzdan dəstək almaq ümidi idi. Təbii ki, Kremldə rediküllərin reallıqdan uzaq iddialarla yüklənmiş məktubu ciddiyə alınmayaraq zibil qutusuna atıldı. Əli Kərimlinin və çiyindaşlarının SOROS Fonduna yarınmaq üçün necə böyük canfəşanlıqlar göstərdiklərini xatırlamaqda da bir fayda var. Həmin ərəfədə bu fonda ayrı-ayrı ölkələrdə satqın “liderləri” önə çəkməklə rəngli inqilablar həyata keçirməklə şöhrət tapmışdı. Rediküllər bədnam ssenarilərin Azərbaycanda da reallaşdırılması ilə bağlı xam xəyallar qururdular. Həmin xəyallar da ölkəmizin reallıqlarına, xalqın istəyinə adekvat olmadığı üçün suya düşüb əridi. Bir neçə il bundan qabaq, konkret desək, Nardaran hadisələri ərəfəsində isə Əli Kərimli sözün əsl mənasında dini qiyafəyə bürünərək iranşünaslıq edirdi. Ümidi də o idi ki, həmin hadisələr fonunda “lider” qiyafəsində irəli çıxsın. Ancaq bu dəfə də onun oxu daşa dəyərək çilik-çilik olmuşdu...
Belə görünür ki, Əli Kərimli küləyin səmtinə əyilmək xislətindən geri çəkilməyib. O, indi də baş verən hadisələr, müşahidə edilən geosiyasi proseslər fonunda Avropa İttifaqının Cənubi Qafqazda revanş cəhdləri sərgilədiyi qənaətindən çıxış edir. Bu qənaət də səhvdir. Ən azından ona görə ki, Əli Kərimli yenə də Azərbaycan reallığını və həqiqətlərini unudur...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Siyasət
25 May 22:31
Siyasət
25 May 22:31

