/ / Autizm Mərkəzinin psixoloqu: "Autizm olan qızların və oğlanların xarakterik xüsusiyyətləri fərqli olur"
Autizm Mərkəzinin psixoloqu: "Autizm olan qızların və oğlanların xarakterik xüsusiyyətləri fərqli olur"
07.05.2024 [15:00]
“Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzində media nümayəndələri üçün autizm haqqında maarifləndirmə seminarı və mediatur təşkil edilib. "Yeni Azərbaycan" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd media nümayəndələrini autizm haqqında məlumatlandırmaq və mərkəzdə autizmli şəxslərə verilən xüsusi təhsil xidməti ilə tanış etmək olub. Maarifləndirmə seminarında çıxış edən Autizm Mərkəzinin mütəxəssisi xəstəliyin əlamətləri, həmin şəxslərin təhsili və cəmiyyətə inteqrasiyasının əhəmiyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Autizm Mərkəzinin psixoloq və supervayzeri Aynur Qəribova bildirib ki, Autizm olan qızların və oğlanların xarakterik xüsusiyyətləri fərqli olur: "Qızlar psixoloji olaraq daha çox ünsiyyətcildirlər və asanlıqla sosiallaşa bilirlər. Qeyd edim ki, autizmdə ən əsas əlamətlərdən biri sosiallıqdır və emosionallıqdır. Ən əsas əlamətlər bunlar olduğu üçün və oğlanlar qızlara nisbətən daha çox özünə qapalı olur".
Psixoloq qeyd edib ki, "autizmlərdə riyazi biliklər yaxşı inkişaf edir" deyə yayılan anlayış tamamilə yanlış fikirdir: "Bütün autizmli uşaqlarda hər hansı bir bacarıq maksimum inkişaf etdirmək üçün onun üzərində xeyli çalışmaq lazımdır. Ümumiyyətlə, təkcə autizmli uşaqların deyil, hər bir uşağın potensialını kəşf etmək lazımdır. Gördüyü, eşitdiyi hər şeyi xırda detalına qədər yadında saxlaya bilən autizm uşaqları da var. Və yaxud uşaq var ki, şeirləri, mahnıları oxuduğu şəkildə yadında saxlaya bilir. Hər bir insanın 3-5 yaşında müəyyən bir bacarığı mütləq var. Sadəcə onu inkişaf etdirmək lazımdır".
DOST Agentliyinin “Könüllü DOST” proqramının həyata keçirdiyi “İnklüzivlik ayı” layihəsi çərçivəsində autizmli uşaq və gəncləri, həmçinin media nümayəndələri ilə birgə rəmzi ağacı rəngləyib.
Qeyd edək ki, mediatur zamanı jurnalistlər Autizm Mərkəzindəki şəraitlə tanış olublar, autizmli gənclərdən ibarət “Mavi Ürəklər” xor və ritm qrupunun konsert proqramının izləyiblər.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

