Yeni Kaledoniyanın nümayəndələri Bakıda
19.04.2024 [10:25]
Azərbaycan hər zaman Yeni Kaledoniya xalqının haqlı mübarizəsini dəstəkləyir
Özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransanın əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Parisin bu siyasətinə qarşı adekvat reaksiya vermir.
Lakin Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının ötən il iyulun 5-6-da Bakıda keçirilmiş nazirlər toplantısı çərçivəsində baş tutan tədbirin nəticəsi olaraq yaradılıb. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər.
Qeyd edək ki, Yeni Kaledoniyanın əhalisi də hazırda Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. Yeni Kaledoniyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun tədbirlərində fəal iştirak edirlər. Bugünlərdə isə Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun (BTQ) ofisində olub. BTQ-in icraçı direktoru Abbas Abbasov qonaqlara qrupun əsas məqsədləri və planları barədə məlumat verib. Nümayəndə heyətinin üzvləri müasir dünyada neokolonializm problemini qlobal səviyyəyə çatdırmaq imkanına görə Azərbaycan hakimiyyətinə minnətdarlıqlarını bildiriblər. Həmçinin, Yeni Kaledoniyanın nümayəndələri minnətdarlıq əlaməti olaraq BTQ-nin ofisinə parça suvenir hədiyyə ediblər. Bu suvenirdə həqiqi Yeni Kaledoniya sakinin doğumundan ölümünə qədər olan həyatı əks etdirilib. Sonra nümayəndə heyəti ilə BTQ nümayəndələri arasında qapalı görüş baş tutub.
Nümayəndə heyəti Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində də olub. Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.
Bundan əlavə, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Qoşulmama Hərəkatı (QH) Gənclər Təşkilatının mənzil-qərargahı ilə tanış olub. Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Nigar Bağırlı nümayəndə heyətinin üzvlərini qurumun fəaliyyəti və gördüyü işlər barədə məlumatlandırıb. Bildirilib ki, Gənclər Təşkilatı müxtəlif tədbirlər və layihələr həyata keçirir, beynəlxalq tədbirlərdə təmsil olunur.
Diqqətə çatdırılıb ki, mənzil-qərargahda ingilis və fransız dillərində kurslar keçirilir. Sonrakı mərhələdə ərəb dili üzrə də kurslar təşkil olunacaq. Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı ilə bağlı fotosərgi ilə də tanış olublar.
Onu da qeyd edək ki, Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu Azərbaycan Milli Məclisi adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə Rok Vamitan imzalayıb. Sənədə əsasən, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.
Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək, qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək, parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq qrup yaradacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna, eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcək.
Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil ediləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

