2023 Formula 1 Azərbaycan Qran Prisinin növbəti ulduzu dünyaca məşhur musiqiçi olacaq
29.03.2023 [16:35]
2023 Formula 1 Azərbaycan Qran Prisinin növbəti ulduzu dünyaca məşhur DJ Don Diablo olacaq
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, tanınmış musiqiçi aprelin 28-i, cümə günü Bakıda səhnə alacaq.
Dünyaca məşhur musiqiçi, prodüser, elektronik rəqs musiqisi bəstəkarı və DJ - Don Diablo 28 aprel, cümə günü Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək. Bununla da, Bakı yarışı əyləncəsevərləri daha bir gözlənilməz konsert proqramı ilə sevindirəcək. Həmyerlisi DJ Hardwell ilə yanaşı Don Diablonun da çıxış edəcək ulduzların siyahısına əlavə edilməsi F1 azarkeşlərinə Bakıda daha bir unudulmaz həftəsonu yaşadacaq.
Dünyada böyük rəğbət görən prodüser Dua Lipa, Justin Biber, Gucci Mane, Ed Sheeran, Mark Ronson, Travis Barker, Miley Cyrus, Rihanna, Madonna, Ty Dolla $ign, The Chainsmokers və Coldplay kimi bir çox meqa ulduzlar ilə əməkdaşlıq etmişdir.
Bundan başqa, sənətçi 2015-ci ildə özünün musiqi şirkətini qurmuş və bununla da gənc istedadların yetişdirilməsinə öz töhfəsini vermişdir. Digər sahələrdə eksperiment etməkdən çəkinməyən sənətçi, həmçinin, öz dizaynı olan geyim brendinin də sahibidir. Onun digər yaradıcı layihələrinin arasında eyni adlı yarı avtobioqrafik, elmi-fantastik xarakter daşıyan karikatura seriyası da var.
Onun elektronik musiqi səhnəsinə bəxş etdiyi əvəzolunmaz töhfələri göz önündə olsa da, o, fiziki və rəqəmsal dünya, eləcə də, nostalgiya ilə gələcək arasında körpü rolunu oynayan kripto-incəsənət əsərləri yaratmaqla məşhurlaşaraq 2021-ci ilin mart ayında NFT (rəqəmsal sənət nümunələri) sahəsində də özünü sınamışdır. “GΞNΞSIS NFT” – holoqrafik musiqi nümunəsi və “DΞSTINATION HΞXAGONIA” – dünyanın ilk tammetrajlı rəqəmsal konsert filminin buraxılışı ilə hazırda dünyada ən çox satılan kriptovalyuta sənətçisi kimi də tanınır. “DΞSTINATION HΞXAGONIA” dörd dəqiqə ərzində “SuperRare” adlı kriptovalyuta sənəti platformasında 600Ξ (1,2 milyon dollar) dəyərində satılaraq ilkin satış rekordunu dərhal qıraraq tarixə düşmüşdür.
F1 təqviminin ən sürətli şəhər yarışlarından olan Formula 1 Azərbaycan Qran Prisi trekdə və trekdən kənarda avtoidman həvəskarlarına yarış boyu bol əyləncə vəd edir! Bakıdakı yarış həftəsonu cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir və bu yarış pərəstişkarları üç gün davam edəcək möhtəşəm mübarizə və yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bulvardakı böyük səhnədə Don Diablo və Hardwell konsertlərindən zövq alaraq möhtəşəm F1 təcrübəsi yaşayacaqlar.
Qeyd edək ki, yarışa üç günlük bilet sahibləri paytaxtın bənzərsiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Həmin azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq.
İlin ən gözlənilməz yarışına tamaşa etmək üçün biletlər sürətlə satılsa da, hələ də əldə etmək şansı var! Unudulmaz yarış həftəsonunu qaçırmaq istəməyən F1 azarkeşləri biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya aşağıda qeyd olunan satış nöqtələrindən əldə edə bilərlər:
· 28 Mall
· Gənclik Mall
· Heydər Əliyev Sarayı
· Kiosk 1 (Azərbaycan kinoteatrı)
· Kiosk 2 (Nizami küçəsi)
· ASAN 1
· ASAN 2
· ASAN 3
· ASAN 4
· ASAN Sumqayıt”
Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

