Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elanlar / “Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

01.03.2025 [16:00]

Mobil rabitə sektorunda sərfəli təklifləri ilə tanınan “Nar” telekommunikasiya mütəxəssislərini hazırlamaq istiqamətində layihələrini davam etdirir. Bu yöndə növbəti “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki Universitetində (AzTU) keçirildi.

Universitetin tələbələri “Nar”ın texniki heyətinin hazırladığı və keçdiyi bu təlim zamanı mobil texnologiyanın təkamülü, mobil rabitə şəbəkəsinin quruluşu, əşyaların interneti (IoT), 5-ci nəsil texnologiya, mobil rabitənin strukturu, naqilsiz transmissiya şəbəkəsi, mobil rabitədə tezliklər kimi mövzular haqqında biliklərə yiyələndilər.

“Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində paytaxtda və regionda universitetlərlə əməkdaşlıq edərək mobil rabitə sahəsinin yerli peşəkarlarını hazırlamağı və onların məzun olduqdan sonra uğurlu karyera qurmasını hədəfləyir. Bu təlimlər zamanı tələbələr “Nar”ın peşəkar texniki heyəti ilə ünsiyyətdə olaraq təkcə nəzəri biliklər deyil, həm də gələcək karyeralarının incəliklərini öyrənirlər.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

 “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31