Oktyabrın 28-də “Tbilisi pr.147” ünvanı üzrə (Respublika Diaqnostika Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Respublika Diaqnostika Mərkəzinin direktor müavini Azər Rəhimov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Respublika Diaqnostika Mərkəzinin direktor müavini Azər Rəhimov bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr ölkəmizin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurların əsasını təşkil edir. Onun sözlərinə görə, ölkəmizdə aparılan islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edir. Azər Rəhimov vurğulayıb ki, səhiyyə sahəsi də bu inkişaf prosesinin mühüm istiqamətlərindən biridir. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tibbi yanaşmaların tətbiqi daim diqqət mərkəzində saxlanılmalıdır. Direktor müavini Respublika Diaqnostika Mərkəzinin fəaliyyətində peşəkarlığın, məsuliyyətin və vətəndaş məmnunluğunun əsas prinsiplər olduğunu qeyd edib. O, səhiyyə müəssisələrində çalışan əməkdaşların dövlət siyasətinin prioritetlərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrinin vacibliyini diqqətə çatdırıb. Həmçinin kollektivdə sağlam mənəvi mühitin qorunmasının, həmrəyliyin və qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Sonda o, ölkəmizin davamlı inkişafı naminə hər bir əməkdaşın öz fəaliyyəti ilə ümumi məqsədlərə töhfə verməsinin vacibliyini bildirib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı nitqində səsləndirilən fikirlər və müəyyənləşdirilən prioritetlər partiyanın qarşısında duran vəzifələrin daha aydın şəkildə dərk edilməsinə imkan yaradır. Yeni Azərbaycan Partiyası ölkəmizdə siyasi sabitliyin qorunması, milli maraqların müdafiəsi və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Partiyanın uğurları üzvlərin fəallığından, təşəbbüskarlığından və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsindəki məsuliyyətindən birbaşa asılıdır. Bəxtiyar Nəbiyev ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin və üzvlərlə işin sistemli şəkildə qurulmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, hər bir partiya üzvü dövlətimizin inkişaf strategiyasını dərindən mənimsəməli və öz fəaliyyəti ilə bu istiqamətdə həyata keçirilən işlərə dəstək verməlidir. Həmçinin gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının, onların vətənpərvərlik ruhunda formalaşmasının və milli-mənəvi dəyərlərə bağlılığının əhəmiyyətini vurğulanıb. Səhiyyə müəssisələrində çalışan partiya üzvlərinin peşə fəaliyyətləri ilə yanaşı, ictimai təşəbbüslərdə də fəal iştirak etmələrinin önəmini qeyd edilib. Sonda Bəxtiyar Nəbiyev partiya üzvlərini birlik və həmrəylik nümayiş etdirməyə, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə və Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə töhfə verməyə çağırıb.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.