Türkiyədə 4,4 və 4,1 maqnitudalı zəlzələ olub

Türkiyədə 4,4 və 4,1 maqnitudalı zəlzələ olub

Türkiyədə iki dəqiqədə iki zəlzələ qeydə alınıb. 

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. 

Kahramanmaraşın Göksun rayonunda saat 15:54 radələrində 4.4 maqnitudalı, saat 15:56 radələrində 4.1 maqnitudalı zəlzələlər olub.

Dağıntı və tələfat qeydə alınmayıb.