Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb

Tovuzda ər və arvad dəm qazından zəhərlənərək ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 26-da rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri - 1951-ci il təvəllüdlü Qüdrətova Güllüzar Həsən qızı və əri, 1952-ci il təvəllüdlü Qüdrətov Qulu İsfəndiyar oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək keçiniblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.