İranda 25 avtomobil toqquşub, ölənlər var

İranda 25 avtomobil toqquşub, ölənlər var

İranda zəncirvarı yol qəzası baş verib, ölənlər var.

Bu barədə “Tasnim” məlumat yayıb.

Yasuc-Şiraz yolunda, polis bölməsinin yaxınlığında 25 avtomobil toqquşub.

Hadisə nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb.

Bildirilib ki, yaralıların sayı artmaqdadır.