Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçı rejimin başçısı Araik Arutyunyan istefa ərizəsi yazıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Arutyunyan istefa ərizəsini sabah separatçı rejimin “parlamenti”nə təqdim edəcək.
Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş “səlahiyyətlər” verilmiş Sergey Şahramanyanı “təhlükəsizlik şurasının katibi” təyin edib.