Prezident İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub

Azərbaycan Prezidenti İlham Əliyevə Fateh Sultan Mehmedin qılıncının eynisi hədiyyə olunub.

Hədiyyəni Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım iyunun 16-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən təqdim edib.

Binəli Yıldırım dövlət başçısına xatirə hədiyyəsini təqdim edərək bildirib ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.