Ərdoğan Ermənistanı bölgədəki sülh fürsətini dəyərləndirməyə çağırıb

Ərdoğan Ermənistanı bölgədəki sülh fürsətini dəyərləndirməyə çağırıb

“Azərbaycan ərazilərini işğaldan azad etməklə Qafqazda yeni dönəmə girdik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda söyləyib.

"Ermənistanla münasibətləri normallaşdırma prosesini başlatmışıq. Ermənistanın bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibət qurması xüsusi əhəmiyyət kəsb edir", - dövlət başçısı bildirib.