Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin daha da artırılması üçün potensial var.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib:
"Ötən il iki ölkə arasında ticarət dövriyyəsində artım var, amma bunun artırılması üçün potelsial var. Danışıqlar zamanı biz hansı istiqamət üzrə əməkdaşlığın artırıla biləcəyini müzakirə etdik", - nazir deyib.