15 iyun ümummilli Lider Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışı günü kimi tarixə daxil olub. Bu hadisənin əhəmiyyətini şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, MM-in deputatı Mübariz Qurbanlı qeyd edib ki, 15 iyun Azərbaycanın milli dövlətçilik tarixində ən mühüm və əhəmiyyətli günlərdən biridir.
Mübariz Qurbanlı daha sonra bildirib ki, məhz həmin gün ümummilli lider Heydər Əliyevin ali siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətimizi dağılmaqdan və fəlakətdən xilas edib.