Üç yüzdən çox venesuelalı miqrant Meksikadan öz vətənlərinə qayıdıb

Üç yüzdən çox venesuelalı miqrant Meksikadan öz vətənlərinə qayıdıb

316 nəfər venesuelalı miqrantdan ibarət qrup Meksikadan Conviasa dövlət aviaşirkətinin reysi ilə öz vətənlərinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, ilin birinci rübü ərzində 3 mindən çox venesuelalı “Vətənə Qayıdış Planı” adı altında öz ölkələrinə qayıdıb.

Qeyd edək ki, 2018-ci ildə həyata keçirilən “Vətənə Qayıdış Planı” dövlət dəstəyi ilə vətəndaşların geri qayıtmasına kömək göstərən təşəbbüsdür. Venesuela hakimiyyəti Meksikadan qayıdan miqrantların çoxunun əsasən ABŞ-dan gəldiyini bildirib.