Almaniyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb

Almaniyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb

Almaniyanın Baden-Vürtemberq əyalətində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 8 nəfər xəsarət alıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Hemminqen şəhəri yaxınlığında hərəkətdə olan avtobus yoldan çıxaraq dərəyə aşıb.

Qəzaya sürücünün qarlı hava şəraitində idarəetməni itirməsi səbəb olduğu bildirilir.