/ / YAP Gənclər Birliyinin ofisində Qazaxıstanın "Nur Otan" Partiyasının gənclər təşkilatının nümayəndələri ilə görüş keçirilib
YAP Gənclər Birliyinin ofisində Qazaxıstanın "Nur Otan" Partiyasının gənclər təşkilatının nümayəndələri ilə görüş keçirilib
28.06.2012 [23:01]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Qazaxıstanın hakim “Nur Otan” Partiyasının gənclər qolu olan “Jost Otan” təşkilatının sədri Nurlan Utişevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq prinsipinə əsaslandığını bildirib. S.Orucov qeyd edib ki, iki dövlət arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq bütün sahələri əhatə edir. Dövlətlərin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini deyən YAP Gənclər Birliyinin sədri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Qazaxıstanın ölkəmizin ədalətli mövqeyini dəstəklədiyini xüsusi vurğulayıb. “Hər iki ölkənin hakim partiyaları arasında da yüksək əməkdaşlıq mövcuddur. Yeni Azərbaycan Partiyası ilə “Nur Otan” Partiyası sıx əlaqələrə malikdir və bu əlaqələr yüksələn xətlə inkişaf edir. Hesab edirik ki, partiyaların gəncləri arasında da əlaqələr inkişaf etdirilməlidir və bunun üçün bütün imkanlar var. Hər iki partiyanın rəhbərliyi də gənclər arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Siz Azərbaycana “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalında iştirak etmək üçün gəlmisiniz. Biz bu çərçivədə görüşürük. Amma, biz sizi rəsmi olaraq ölkəmizə dəvət edirik və həmin səfəriniz zamanı əməkdaşlığa dair daha geniş müzakirələr apara biləcəyik”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
S.Orucov YAP Gənclər Birliyinin fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında qonaqlara geniş məlumat verib. Onun sözlərinə görə, xüsusilə “Yay məktəbləri” layihəsi gənclərin inkişafı, ölkənin siyasi və dövlət xadimləri ilə görüşləri, bir-birilərilə əməkdaşlığı, asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətlidir. O, gələcəkdə YAP Gənclər Birliyinin “Nur Otan” Partiyasının gəncləri ilə birgə layihələr həyata keçirməsinin mümkünlüyünü və bunun əhəmiyyətini vurğulayıb.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən “Nur Otan” Partiyasının gənclər təşkilatının rəhbəri Nurlan Utişev ölkəmiz haqqında xoş təəssüratlarını bildirib. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən qonaq xalqımızın yüksək qonaqpərvərliyə sahib olduğunu qeyd edib. “Qazaxıstanla Azərbaycanın gözəl əlaqələri mövcuddur. Təbii ki, hər iki dövlətin başçıları arasında olan münasibətlər ölkələrimiz və partiyalarımızın da əlaqələrinin genişlənməsində və inkişafında xüsusi rol oynayır”, - deyə N.Utişev bildirib. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında da ətraflı məlumat verib. Hər iki partiyanın gənclərinin əməkdaşlıq üçün böyük potensialının olduğunu deyən qonaq YAP Gənclər Birliyinin nümayəndələrini Qazaxıstana dəvət edib.
Görüşün sonunda Yeni Azərbaycan Partiyasının və “Nur Otan” Partiyasının gənclər təşkilatlarının rəhbərləri əməkdaşlığa dair saziş imzalayıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

