“Şuşa inkişaf edir, qurulur və gözəlləşir”
10.05.2023 [17:15]
Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda iştirak edib. Konfransın Şuşada keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Cənab Prezident İlham Əliyevin Şuşanın alındığı gündə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biri idi.
Konfransda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı zamanı söylədiyi fikirlər həm ölkə daxilində, həm də xaricdə diqqət mərkəzindədir. Əlbəttə ki, söylənilən fikirlər, əslində, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional və qlobal baxımdan da müstəsna əhəmiyyət daşıyan, hər kəsin diqqətlə izlədiyi məsələlərlə bağlı idi. Xüsusi qeyd etmək lazımdır ki, dövlət başçısı dərin biliyə malik siyasi xadim kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanıb.
Ölkə başçısı bildirdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur və bu il Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.
Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı.
Keçən əsrin 90-cı illərinin əvvəllərində həm xarici, həm də daxili faktorlardan yaranan mənfi təsirlər nəticəsində Azərbaycan bir dövlət, xalq, hətta coğrafi ərazi kimi böyük risklərlə üz-üzə qalmışdı. Xalqın səriştəsiz, zəif və qətiyyətsiz rəhbərliyə olan inamının tükənməsi xalq və hakimiyyət arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı.
Bütün bu yaranmış anarxik vəziyyətdən və xaosdan yararlanan məkrli düşmən öz çirkin planlarını reallaşdırmağa müvəffəq oldu. Tarixi və əzəli torpaqlarımız ardı-arda işğal edilməyə başlanıldı. Xüsusilə münaqişənin ilkin dövrlərində məhz Şuşanın itirilməsi digər rayonların da işğalına rəvac verdi. Belə ki, Şuşanın mənsub olduğu mühüm əlverişli coğrafi mövqe ümumilikdə bütöv Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tam nəzarəti həyata keçirməyə hərbi-strateji baxımından böyük imkanlar yaradırdı.
Beləliklə, 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçdilər. Hücum nəticəsində 195 nəfər vətəndaşımız qətlə yetirildi, 165 nəfər isə yaralandı, onlardan 150 nəfəri əlil oldu, 522 uşaq valideynlərini itirdi. 20 mindən artıq Şuşa sakinin acı taleyinə isə doğma yurd-yuvalarından didərgin düşərək, məcburi köçkün olmaq yazıldı.
Azərbaycanın Zəfər savaşının zirvə nöqtəsi heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi idi. Müzəffər Ali Baş Komandanın “Şuşasız bu qələbə yarımçıq olar” mesajı qalib ordunun hər bir azərbaycanlı üçün şərəf məqamına çevrilmiş Şuşanı azad etməsini mütləq zərurətə çevirmişdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir.Sərəncama əsasən bu il bir sıra önəmli mədəni və dövlət əhəmiyyətli tədbirlərin, xüsusilə Şuşanın 270 illiyinin böyük qürur və sevinc hissləri ilə dövlət səviyyəsində, təmtəraqlı şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.
Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlardır. İmzalanmış bu Sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çox əsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirmiş olacaqdır.
Beləliklə, azad Şuşanın bərpa-quruculuq və inkişafı fonunda qürurla deyə bilərik ki, vaxtıilə düşmən tapdağı altında inildəyən müqəddəs vətən torpaqlarının, o cümlədən mədəniyyətimizin incisi, qədim, tarixi şəhərimiz olan Şuşanın dağıdılmış və xarabalığa döndərilmiş mənzərəsi üzərində dolaşan Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün və digər böyük mədəniyyət xadimlərimizin narahat ruhları bu gün azad, firəvan və günü-gündən çiçəklənən, müasirləşən Şuşanı gördükcə sevinir və rahatlıq tapırlar. Şuşa sanki günəş kimi yenidən doğulur, yenidən yaranır.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

